MSK sədrindən Qubad İbadoğlunun qızının döyülməsinə - Reaksiya

img

20-02-2020 [19:49]


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçki günü 76 saylı Lənkəran-Astara seçki dairəsində müşahidəçi Jalə Bayramovanın döyülməsi ilə bağlı yayılan videodan danışıb.

MSK sədri bildirib ki, digər xanım müşahidəçiyə onu çəkməməsi barədə xəbərdarlıq edir:

“Bu xanım da çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, onu kimsə çəkməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin xanımı qanunla cəzalandıracaqlar. Ona görə də qarşı tərəf qabaqdan gəlmişlik edir ki, guya onu döyüblər”//Report.

Qeyd edək ki, döyülən xanım Qubad İbadoğlunun qızı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı