DAHA BİR DEPUTATIN DAİRƏSİ İLƏ BAĞLI QƏRAR VERİLDİ - 1 məntəqənin nəticələrini ləğv olundu

img

20-02-2020 [16:38]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizəd Sitarə Zeynalova və digərlərinin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, namizədlər müraciətində DSK-nın seçki ilə bağlı qərarının ləğvini istəyib:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 1 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki məntəqəsi ( 8 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.Cəmi 1 məntəqə üzrə nəticənin ləğv edilməsi dairə üzrə ümumi nəticəyə təsir etməyib/Report.

Qeyd eədk ki, bu dairənin lider namizədi deputat Musa Uruddur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı