Çempionlar Liqası: "Atalanta” darmadağın etdi, “Tottenhem” isə öz meydanında uduzdu

img

20-02-2020 [09:55]


Bu gecə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində iki görüş keçirilib.“

Mia.az xəbər verir ki, “Atalanta” Milanda İspaniyanın “Valensiya” klubunu qəbul edib.

Londondakı matçda isə “Leyptsiq” “Tottenhem”in qonağı olub. 

"Cüzeppe Meatsa" stadionunda keçirilən “Atalanta” “Valensiya” matçında ilk hesabı meydan sahiblərinin futbolçusu açıb. Belə ki, 16-cı dəqiqədə Hans Hatebur rəqib komandanın qapısına yol tapıb. 

İkinci qol da “Atalanta”nın hesabına yazılıb. 42-ci dəqiqədə Yosip İliçiç fərqlənib. 57-ci dəqiqədə Remo Froyler hesab arasındakı fərqi üçə çatdırıb. Beş dəqiqə sonra isə Hans Hatebur dubl edib - 4:0.

“Valensiya” klubu yalnız 66-cı dəqiqədə vurulan toplardan birinin əvəzini çıxa bilib. Denis Çerışev topu rəqib qapısından keçirib - 4:1.

“Leyptsiq” “Tottenhem” qarşılaşmasının birinci hissəsində isə hesab açılmasa da üç futbolçu sarı vərəqə alıb. Hesab yalnız ikinci hissədə, sarı vərəqə alan Timo Vernerin zərbəsi ilə açılıb. 

“Leyptsiq”in futbolçusu meydan sahiblərini 58-ci dəqiqədə məyus edib. Verner türkiyəli referi Cüneyt Çakırın təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1.

Cavab görüşləri martın 10-da keçiriləcək.

Qeyd edək ki, ilk oyun günündə "Atletiko" İspaniyada Çempionlar Liqasının son qalibi İngiltərə "Liverpul"unu 1:0, Almaniyanın "Borussiya" (Dortmund) komandası isə Fransa PSJ-sini 2:1 hesabı ilə yenib.


Digər xəbərlər
SON XƏBƏRLƏR