900 adamı ölü  vəziyyətinə gətirib, 20 dəqiqə sonra diriltdilər... - Almaniyalı həkimlər ölümdən sonra həyat olduğunu iddia edirlər

img

19-02-2020 [21:01]


Almaniyalı həkim və psixoloqlar ölümdən sonra həyatın olması qənaətinə gəliblər.

Tibb professorları ölümün bir addımlığında qalan xəstələr üzərində aparılan araşdırma zamanı bu nəticəyə gəliblər. Həmin xəstələr 20 dəqiqə ölü vəziyyətdə qaldıqdan sonra həyata geri qaytarılıblar.

Araşdırma könüllü qatılan 900 adam arasında 4 il davam edib. Bu zaman "epinefrin" və "dimethytryptamine" dərmanlarından da birgə istifadə olunub. Həmin dərmanların ölümlə yenidən canlanma arasında bədəni qoruduğu bildirilir.

Xəstələr əvvəlcə kliniki ölüm, sonra koma vəziyyətinə gətiriliblər. Araşdırmada iştirak edən könüllülərin xatırladıqları şeylər kiçik fərqlər istisna edilməklə hamısı eynilik təşkil edib.

Demək olar ki, bütün könüllülər istilik, rahatlıq, güclü işıq və ruhun bədəndən ayrılmasını hiss ediblər. İştirakçılar xristian, yəhudi, müsəlman, ateist və induizm dininə sitayiş edənlərdən ibarət olub. /Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq