Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

img

19-02-2020 [16:43]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya” layihəsi hazırlayıb.

Mia.az ƏƏSMN-ə istinadla xəbər verir ki, layihədə strategiyanın əsas məqsədi kimi sosial xidmətlərin təşkilati, iqtisadi və hüquqi mexanizmlərinin modernləşdirilməsi əsasında bu xidmətlərin kifayət qədər keyfiyyətli və ehtiyacı olan vətəndaşlar üçün əlçatanlığının artırılması, beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, ünvanlılığının təmin edilməsi qeyd olunub.

Strategiyanın əsas vəzifələri sırasına sosial xidmətin göstərilməsi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanan yeni sosial xidmət modellərinin yaradılması və tətbiqi, müvafiq sahədə kadr potensialının gücləndirilməsi və s. daxildir.

Ötən il Nazirliyin saytında ictimai müzakirəyə təqdim edilən layihə ilə bağlı vətəndaş cəmiyyəti institutlarının rəy və təklifləri alınıb. Hazırda aidiyyəti qurumların rəy və təkliflərinin də alınması və layihənin təkmilləşdirilməsi işləri aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq