3 saylı Şəhər Klinik Xəstəxanasında ölən şəxsin cibindən pulunu oğurlayıblar

img

19-02-2020 [12:25]


Bakı şəhəri Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında ölən şəxsin cibindən oğurluq edilib.

Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

Onlar bildiriblər ki, şəkəri qalxdığı üçün xəstəxanaya gətirilən və dünyasını dəyişən 1956-cı il təvəllüdlü Vaqif Ağayevin reanimasiya şöbəsində cibindən 560 manat götürülüb.

Məsələ ilə bağlı xəstəxana rəhbərliyinə və polisə məlumat verilib.

Qohumların iddiası ilə bağlı xəstəxanadan APA-nın sualına cavab vermək istəməyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı