Dünya Bankı Azərbaycana kredit verəcək
İQTİSADİYYAT
18.02.2020, 20:42
Dünya Bankının (DB) Direktorlar Şurası tərəfindən Azərbaycanda “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinə əlavə kreditin verilməsinin martın 26-da təsdiqi gözlənilir.
DB-dən verilən məlumata görə, layihənin 70 milyon ABŞ dollarının 50 milyonu Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı xətti ilə, qalan 20 milyon ABŞ dolları isə hökumət tərəfindən ayrılacaq.
Layihə aşağıdakı komponentlərdən ibarətdir:
məhkəmə xidmətlərinin təkmilləşdirilməsi;
təsisat potensialının və səmərə dərəcəsinin artırılması;
məhkəmə infrastrukturunun genişləndirilməsi və yenilənməsi;
layihənin idarə olunması və əlaqələndirilməsi;
məhkəmə sisteminin daha səmərəli hala gəlməsi üçün qabaqcıl texnologiyaların tətbiqi.
Birinci komponent çərçivəsində Gəncə və Şirvan şəhərlərində elektron məhkəmələrin tətbiqi, həmçinin məsləhət xidmətləri, təlimlər və reabilitasiya vasitəsilə qadınlar, kiçik müəssisələr kimi həssas qrupların məhkəmələrə çıxışını dəstəkləmək nəzərdə tutulur.
İkinci komponent ayrı-ayrı məhkəmə xidmətlərini dəstəkləmək, hakimlərin və başqa əməkdaşların peşəkarlığını artırmaq üçün ədliyyə strukturlarının informasiya idarəçiliyini və əməliyyat qabiliyyətini yüksəltməyi nəzərdə tutur.
Üçüncü komponent layihənin əsas vəzifələrini icra etmək, qabaqcıl texnologiyaları tətbiq etmək üçün yerli və əcnəbi ekspertləri cəlb etməyi nəzərdə tutur.
Dördüncü komponent əmtəə, məsləhətçi xidmətləri, təlim vasitəsilə qabaqcıl beynəlxalq təcrübəyə uyğun vətəndaşlara məhkəmə xidmətlərini daha səmərəli göstərməkdə qabaqcıl texnologiyaların tətbiqini idarə edəcək.
Beləliklə, yeni kredit əsas layihə çərçivəsində həyata keçirilən innovasiyaları daha da inkişaf etdirmək, ölkə Prezidentinin “Elektron informasiya məhkəmə sisteminin yaradılması haqqında” 13 fevral 2014-cü il tarixli, “Məhkəmə hüquq sistemindəki islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanlarının, 2019-2023-cü illər üçün ədliyyənin inkişafına dair dövlət proqramının icrasını dəstəkləmək vəzifəsini daşıyır.
İndiyədək ölkədə məhkəmə-hüquq sisteminin islahatlarını dəstəkləmək üçün DB üç kredit ayırıb. Bunlardan birincisi, 21,6 milyon ABŞ dolları məbləğində 2006-cı ildə, ikincisi, 33,4 milyon ABŞ dolları məbləğində 2011-ci ildə, üçüncüsü, 100 milyon ABŞ dolları məbləğində 2014-cü ildə təsdiqlənib.
Bütövlükdə Azərbaycanla DB arasında 1995-ci ildən etibarən davam edən əməkdaşlıq çərçivəsində bank tərəfindən 41 586 milyon ABŞ dolları məbləğində 45 qrant və 50-dən artıq layihənin həyata keçirilməsi üçün 3 milyarddan artıq ABŞ dolları məbləğində kreditlər ayrılıb/Report.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Özgür Özəl deputatların müdafiəsinə qalxdı: “Paralel CHP yarada bilməzlər"
Bugün, 00:46 SİYASƏT
-
5 AYA 510 MİLYON KUB.METR QAZ İTKİSİ?! - "Azəriqaz" 68.8 milyon manatı neçə "yoxa çıxarıb"?
Bugün, 00:28 İQTİSADİYYAT
-
“Hörmüz boğazından 100 milyon bareldən çox neft keçdi…” – Tramp “İran üçün hər şey bitdi” deyir
Bugün, 00:18 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:06 CƏMİYYƏT
-
Gəncədə kütləvi dava: kimlər xəsarət alıb?
10.06.2026, 23:50 KRİMİNAL
-
Pezeşkiandan ABŞ-a mesaj: “Bu, çarəsizlik əlamətidir”
10.06.2026, 22:50 GÜNDƏM
-
Tanınmış yazıçı-şair Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimatı keçirilib - FOTOLAR
10.06.2026, 22:34 PRESS
-
"Tovuzun zil səsli müğənnisi, kəllə-paça bişirən aşpaz, yoxsa topçu?" – Cəlal Qurbanovdan Ruhi Əliyevaya ŞOK İTTİHAMLAR!
10.06.2026, 22:16 CƏMİYYƏT
-
Azovda vurulan gəmilərdə həlak olan azərbaycanlıların nəşi ölkəmizə gətirildi
10.06.2026, 22:02 GÜNDƏM
-
Daha bir sənətkar tərəfini seçdi
10.06.2026, 22:00 MƏDƏNİYYƏT
-
DÇ-2026: Türkiyə millisi Avstraliya yığmasına qarşı – İki ulduz matça oynayacaq
10.06.2026, 21:19 İDMAN
-
Partiya sədri: “Özgür Özel və tərəfdarları bizə qatılmaq istəyirdilər”
10.06.2026, 21:03 SİYASƏT
-
TRAMP MÜHARİBƏYƏ BAŞLAYIR: “İranı çox sərt vuracağıq” - "Ərdoğan çox güclü bir liderdir”
10.06.2026, 20:43 GÜNDƏM
-
İxtisar olunan dövlət qulluqçuları... - Onların taleyi necə olacaq? (FƏRMAN)
10.06.2026, 20:26 GÜNDƏM
-
Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişikliyi - Yeni qurumlar yaradılır
10.06.2026, 20:11 GÜNDƏM
-
Deputat: "Oh, oh... Bu, nə cəhalət..."
10.06.2026, 20:10 SİYASƏT
-
Kılıçdaroğlunun partiyadan xaric etmək istədiyi deputat: "Artıq kin-küdurətdən kor oldular"
10.06.2026, 19:57 SİYASƏT
-
"Vətəndaşların müraciətləri haqqında" qanun dəyişdi - Fərman imzalandı + DETALLAR
10.06.2026, 19:52 GÜNDƏM
-
Ərdoğan İsraili təhdid etdi, Netanyahu “xalqını əzən” deyə cavab verdi - Sərt etirazlar
10.06.2026, 19:38 GÜNDƏM
-
Ramiz Mehdiyev, sabiq köməkçisi və AXCP rəsmisi... - Məhkəmə onlar haqqqında da qərar verdi
10.06.2026, 19:11 SİYASƏT
-
Hikmət Hacıyev: "Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib"
10.06.2026, 18:55 SİYASƏT
-
Əziz Yıldırım “Fənərbağça” komandasının başına kimi gətirir?
10.06.2026, 18:14 İDMAN
-
Saleh Səmədov hakim qarşısında: "Özümü qismən təqsirli hesab edirəm"
10.06.2026, 18:11 SİYASƏT
-
PA-nın sektor müdiri: "Sosial şəbəkələrdə qızlar daha çox zərərli təsirlərə məruz qalırlar"
10.06.2026, 18:02 GÜNDƏM
-
Bakıda vəkilin oğlu binadan yıxılaraq dünyasını dəyişib
10.06.2026, 17:58 CƏMİYYƏT
-
Zakir Həsənovun Serbiyada Aleksandr Vuçiçlə görüşüb
10.06.2026, 17:46 GÜNDƏM
-
"Üç ildən sonra dərsliklər əhəmiyyətini tamamilə itirəcək" - Emin Əmrullayev elə açıqlama verdi ki...
10.06.2026, 17:39 CƏMİYYƏT
-
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
10.06.2026, 17:37 CƏMİYYƏT
-
Hacıqabulda güclü yanğın başlayıb
10.06.2026, 17:23 GÜNDƏM
-
"Şəfa" klubu 6 futbolçu ilə vidalaşıb
10.06.2026, 17:19 İDMAN
-
İsrail Livana yenə zərbə endirdi – 19 nəfər ölüb, yaralılar var
10.06.2026, 17:14 DÜNYA
-
"Şaxtyor Donetsk" "Fənərbaxça"nın 34 yaşlı keçmiş futbolçusunu aldı
10.06.2026, 17:09 İDMAN
-
Sabunçuda 4 nəfər 46 kq narkotik vasitə ilə qandallandı
10.06.2026, 17:06 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
10.06.2026, 17:00 İQTİSADİYYAT