Qısa ömrüylə çoxlarına nümunə olmağı bacaran jurnalist Fuad Musazadə... - FOTOLAR

img

18-02-2020 [18:41]


5  ay ötdü...

2019 -cu il 19 sentyabr...onun üçün həyatın öz axarıyla getdiyi sıradan  bir payız günü ıdi və o, adəti üzrə öz avtomobili ilə işinə yollandı...

Kimin ağlına gələ bilərdi ki,  bu daima gülərüzlü, kübar təbiətli, sadə və təvazökar insan, isdedadlı gənc jurnalist Fuad Musazadənin qısa şərəfli ömür yolunun son günü, son yolçuluğu olacaqdı... həmin gün axşam nə qədər inanılmaz olsada  onu tanıyan hər  kəs onun zamansız gələn o faciəvi ölüm xəbəri ilə sarsıldı...

Bəli, o, ana vətənin vətən yolunda şəhidlik mərtəbəsinə yüksələn evladlarından biri deyildi.

Lakin bu bir həqiqətdir ki, öz vətənini və cəmiyyətini sevən, peşəşini namus və şərəflə yerinə yetirən, xeyirxah və ləyaqətli hər  övladı vətən üçün dəyərlidir. 

Elə onun öz ifadəsiylə:

Mən sevməsəm öz yurdumu 

bilərəmmi qiymətini,

Uğurunda ölmək varsa vətənimin,

mən olmasam əgər şəhid,

Sevərmi heç vətən məni !?

Fuad Musazadə onu tanıyanlarln yaddaşına daima gülərüz və mehriban, pozitiv bir insan, isdedadlı bir jurnalist kimi yazıldı. O səmimi dost, əzmkar və qayğıkeş evlad, cəmiyyətini sevən, haqq, ədalət və insan əxlaqi prinsiplərini hər şeydən üstün tutan, daima inkişaf və dəyişməkdə olan dünyamızla paralel yenilənən auditoriyalar və jurnalistika tendensiyalardan xəbərdar olan peşəkar bir  yurnalist idi.

Olduğu hər yerdə öz maraqlı söhbətlərilə diqqət mərkəzində olmağı və hamının üzünü güldürməyi,  xoş ovqat yaratmağı bacaran Fuad  Musazadə öz ailəsinin yeganə evladı, fəxri, dayağı , köməyi idi. Hələ ilk uşaqlıq illərdən öz zəkası və cazib davranışları ilə çox sevilir, diqqət mərkəzində olurdu. Başqa uşaqlar kimi  hansısa sözü və yaxud nəyisə ona öyrədib, ondan təkrarlamasını gözləmək olmazdı. O, yalnız doğru olanı, öz gördüyünü, şahid olduğunu deyəcəkdi. Ona zorla qadağalar qoymaqda mümkün deyildi. Onun hər məsələyə öz fikirləri, özünəməxsus yanaşma tərzi var idi və  konkretliyi çox sevirdi. 

Fuadın yüksək intelektual səviyyəsi, tarix, ədəbiyyat və coğrafiya kimi elmlərdə hətta  fitri isdedadı vardı demək daha doğru olardı. O, bütün dunya ölkələrinin tarixi və mədəniyyətini yaxından öyrənir, tarixi qəhrəmanlarını yaxşı tanıyırdı.

Fuad Musazadə də öz malik olduqlarını nümayiş etdirmək, öz bildikləri ilə qürrələnmək, diqqəti özünə cəlb etmək, göz önündə olmaq və yaxud, necə deyərlər "özünü gözə soxmaq" cəhdi heç zaman olmayıb. Bəlkə,  elə bu səbəbdəndir ki, KİV- nin bir çox nümayəndələrindən fərqli olaraq bu gün cəmiyyətdə onu  tanıyanlar elə də çox deyil.

Zəngin mənəviyyatı, geniş dünyagörüşü onun bütün ünsiyyət və davranış qaydalarında özünü büruzə verirdi. 

Bir informatsiyanı ondan öyrənmək istəyəndə o çox təmkinlə və məmnuniyyətlə izah etməyi sevərdi. Bəzən onun bu xarakterindən yararlananlar olurdu. O bunu yaxşı anlayırdı və istehza ilə deyirdi ki, narahat olmağa dəyməz, öyrətmək müdriklikdir və  "mən  hər zaman arxa planda olmağı xoşlayıram”. 

Tək evladı olsada heç də həyat Fuad Musazadəyə bir çoxları kimi çox şeyləri hazır şəkildə təqdim etməmişdi. Qəlbinin dərinliklərində gizlətmiş olduğu  bir çox nciklikləri olsada ətrafa daima pozıtiv görünməyi məharətlə bacaran bu bəstə boylu gülərüz oğlanın üzləşdiyi bütün çətinliklərdə bildiyi bir tək yol vardı...daxilən özünə inam.

Özünəİnam onun məqsədlərinə doğru aparan yolda aldığı güc mənbəyi idi. Zəgin olacağına inandığı gələcəkdə ehtiyacı olduğunu bildiyi hər kəsə pay vermək, dostluq və sədaqət onun bütün arzularında yer alırdı. 

Fuad Şahin oğlu Musazadə 11.07.1988- cı il tarixində Bakı şəhərində anadan olub və orta  təhsilini Bakı Türk Anaddolu liseyində alıb. Əla qiymətlərlə oxuduğu 11 illik orta təhsildən sonra o,  Azərbaycan Dillər Universitetinin Beynəlxal Münasıbətlər fakültəsinin bakalavr və ardınca isə eyni fakülənin magistir pilləsini qırmızı diplomla bitirib. Jurnalist olmaq arzusu 2011-ci ildə onu Azərbaycan İctimai Televiziya və Radio Yayımlar Şirkətinə gətirdi. İTV -nin Hüquq və beynəlxalq əlaqələr departamentdə koordinator işləmə başlayan Fuad qısa müddət ərzində öz isdedadı ilə kollektivin rəgbətini qazanmağı başardı. Ölkəmizdə keçirilən Evroviziya mahnı yarışmasında öz fəallığı ilə seçilən Fuad Musazadə sonrakı bir neçə il ərzidə Evroviziya mahnı yarışmasında Azərbaycan nümayəndə heyətinin mətbuat katibi oldu. O,  Evromediya, MQP- da hüquqşünas ve beynəlxalq əlaqələr üzrə  mütəxəssiz, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektor müdiri vəzifəsində  işlədi və nəhayət son fəaliyyətini Azərbaycan Televiziyasında dəvam etdirdi. 

Ezam olunduğu xarici ölkələrdə, o,  öz gözəl səs tonu, zəngin söz bazası, diksiya  və səlist ingilis dili ılə unsiyyətdə olduğu həmkarları arasında böyük rəğbət və çoxsaylı xarici dostlar qazandı. Təsadüfi deyilki, xaricdə ölkəmizin tanıtımına həsr edilə bir sıra videoların ingilis dilində səsləndirilməsində də o iştirak etmişdir. 

O, İngilis, rus və türk dillərini  mükəmməl, fransız dilini isə orta səviyyədə bilirdi. Fuadaın düşüncəsinə  görə mütailə etmək,  öyrənmək, özünütəkmilləşdirmək insanın ömrün sonunadək dəvam etməlidir. O acizlikdən nifrət edir və deyirdi ki, insan düşdüyü hər çətin vəziyyətdən  mütləq bir çıxış yolu tapa bilər, lakin, öncə vəziyyəti hər tərəfli təhlil etməli və bir qərar aldısa  bu yolda nə qədər çətinliy olursa olsun  şikayətlənməməlidir. 

Fuad Musazadəyə görə əsl kişinin  konkret bir formulu var idi.  Ona görə kişi hər halıyla mərd olmalı və aldığı hər bir sərbəst  qərarın bütün çətinliklərinə qatlanmalıydı. O,  öz valideynlərinin pulu ilə və yaxud, kiminsə hesabına yaşamaq, himayədarlığında olmağı  kişilikdən saymırdı.

Hər zaman hamıya üzügülər görünməyi başaran Fuad əslində çox özünə qapanıqdı. Öz problemlərini  və çətinliklərini bölüşməyi heç də sevməz, daim məğrur görünməyi xoşlayırdı. 

Onun sadə təbiətində ciddiyyət və mülayimlik bir birini  elə gözəl şəkildə tamamlayırdı ki, o hər zaman maraqlı və pozitiv olmağı bacarırdı. 31 illik  həyat yoluna nəzər saldıqda onun çətin, əzmkarlıqla çalışdığı günlərinin ömrünün əksər hissəsini təşkil etdiyini görmək mümkündür. Elə  bu səbəblədir ki, öz əməlləri və fərdi şəxsi keyfiyyətləri ilə o qısa ömür payını səmərəli yaşamağı, özünəməxsus bir iz qoymağı bacardı. Taleyi izn versəydi onun gələcəklə  bağlı bir çox planları, xarici mütəxəssizlərlə üzərində  işləməyə  başlamış olduğu bir sıra yeni innovativ layihələri bu il reallığa qovuşacaqdı. 

O, öz qısa ömrüylə çoxlarına nümunə olmağı bacardı...səmimi, məğrur, xeyirxah, əzmkar, iradəli və başarılı...

Bəli, Fuad Musazadənin simasında cəmiyyət dəyərli bir gənc jurnalistini itirdi .

Onun xoş ovqat yaradan təbəssümlü çöhrəsi, xoş emosiyaları onu sevənlərin unudulmaz xatirələrlərində daim yaşayacaq. 

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı