Qısa ömrüylə çoxlarına nümunə olmağı bacaran jurnalist Fuad Musazadə... - FOTOLAR
18-02-2020 [18:41]
5 ay ötdü...
2019 -cu il 19 sentyabr...onun üçün həyatın öz axarıyla getdiyi sıradan bir payız günü ıdi və o, adəti üzrə öz avtomobili ilə işinə yollandı...
Kimin ağlına gələ bilərdi ki, bu daima gülərüzlü, kübar təbiətli, sadə və təvazökar insan, isdedadlı gənc jurnalist Fuad Musazadənin qısa şərəfli ömür yolunun son günü, son yolçuluğu olacaqdı... həmin gün axşam nə qədər inanılmaz olsada onu tanıyan hər kəs onun zamansız gələn o faciəvi ölüm xəbəri ilə sarsıldı...
Bəli, o, ana vətənin vətən yolunda şəhidlik mərtəbəsinə yüksələn evladlarından biri deyildi.
Lakin bu bir həqiqətdir ki, öz vətənini və cəmiyyətini sevən, peşəşini namus və şərəflə yerinə yetirən, xeyirxah və ləyaqətli hər övladı vətən üçün dəyərlidir.
Elə onun öz ifadəsiylə:
Mən sevməsəm öz yurdumu
bilərəmmi qiymətini,
Uğurunda ölmək varsa vətənimin,
mən olmasam əgər şəhid,
Sevərmi heç vətən məni !?
Fuad Musazadə onu tanıyanlarln yaddaşına daima gülərüz və mehriban, pozitiv bir insan, isdedadlı bir jurnalist kimi yazıldı. O səmimi dost, əzmkar və qayğıkeş evlad, cəmiyyətini sevən, haqq, ədalət və insan əxlaqi prinsiplərini hər şeydən üstün tutan, daima inkişaf və dəyişməkdə olan dünyamızla paralel yenilənən auditoriyalar və jurnalistika tendensiyalardan xəbərdar olan peşəkar bir yurnalist idi.
Olduğu hər yerdə öz maraqlı söhbətlərilə diqqət mərkəzində olmağı və hamının üzünü güldürməyi, xoş ovqat yaratmağı bacaran Fuad Musazadə öz ailəsinin yeganə evladı, fəxri, dayağı , köməyi idi. Hələ ilk uşaqlıq illərdən öz zəkası və cazib davranışları ilə çox sevilir, diqqət mərkəzində olurdu. Başqa uşaqlar kimi hansısa sözü və yaxud nəyisə ona öyrədib, ondan təkrarlamasını gözləmək olmazdı. O, yalnız doğru olanı, öz gördüyünü, şahid olduğunu deyəcəkdi. Ona zorla qadağalar qoymaqda mümkün deyildi. Onun hər məsələyə öz fikirləri, özünəməxsus yanaşma tərzi var idi və konkretliyi çox sevirdi.
Fuadın yüksək intelektual səviyyəsi, tarix, ədəbiyyat və coğrafiya kimi elmlərdə hətta fitri isdedadı vardı demək daha doğru olardı. O, bütün dunya ölkələrinin tarixi və mədəniyyətini yaxından öyrənir, tarixi qəhrəmanlarını yaxşı tanıyırdı.
Fuad Musazadə də öz malik olduqlarını nümayiş etdirmək, öz bildikləri ilə qürrələnmək, diqqəti özünə cəlb etmək, göz önündə olmaq və yaxud, necə deyərlər "özünü gözə soxmaq" cəhdi heç zaman olmayıb. Bəlkə, elə bu səbəbdəndir ki, KİV- nin bir çox nümayəndələrindən fərqli olaraq bu gün cəmiyyətdə onu tanıyanlar elə də çox deyil.
Zəngin mənəviyyatı, geniş dünyagörüşü onun bütün ünsiyyət və davranış qaydalarında özünü büruzə verirdi.
Bir informatsiyanı ondan öyrənmək istəyəndə o çox təmkinlə və məmnuniyyətlə izah etməyi sevərdi. Bəzən onun bu xarakterindən yararlananlar olurdu. O bunu yaxşı anlayırdı və istehza ilə deyirdi ki, narahat olmağa dəyməz, öyrətmək müdriklikdir və "mən hər zaman arxa planda olmağı xoşlayıram”.
Tək evladı olsada heç də həyat Fuad Musazadəyə bir çoxları kimi çox şeyləri hazır şəkildə təqdim etməmişdi. Qəlbinin dərinliklərində gizlətmiş olduğu bir çox nciklikləri olsada ətrafa daima pozıtiv görünməyi məharətlə bacaran bu bəstə boylu gülərüz oğlanın üzləşdiyi bütün çətinliklərdə bildiyi bir tək yol vardı...daxilən özünə inam.
Özünəİnam onun məqsədlərinə doğru aparan yolda aldığı güc mənbəyi idi. Zəgin olacağına inandığı gələcəkdə ehtiyacı olduğunu bildiyi hər kəsə pay vermək, dostluq və sədaqət onun bütün arzularında yer alırdı.
Fuad Şahin oğlu Musazadə 11.07.1988- cı il tarixində Bakı şəhərində anadan olub və orta təhsilini Bakı Türk Anaddolu liseyində alıb. Əla qiymətlərlə oxuduğu 11 illik orta təhsildən sonra o, Azərbaycan Dillər Universitetinin Beynəlxal Münasıbətlər fakültəsinin bakalavr və ardınca isə eyni fakülənin magistir pilləsini qırmızı diplomla bitirib. Jurnalist olmaq arzusu 2011-ci ildə onu Azərbaycan İctimai Televiziya və Radio Yayımlar Şirkətinə gətirdi. İTV -nin Hüquq və beynəlxalq əlaqələr departamentdə koordinator işləmə başlayan Fuad qısa müddət ərzində öz isdedadı ilə kollektivin rəgbətini qazanmağı başardı. Ölkəmizdə keçirilən Evroviziya mahnı yarışmasında öz fəallığı ilə seçilən Fuad Musazadə sonrakı bir neçə il ərzidə Evroviziya mahnı yarışmasında Azərbaycan nümayəndə heyətinin mətbuat katibi oldu. O, Evromediya, MQP- da hüquqşünas ve beynəlxalq əlaqələr üzrə mütəxəssiz, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektor müdiri vəzifəsində işlədi və nəhayət son fəaliyyətini Azərbaycan Televiziyasında dəvam etdirdi.
Ezam olunduğu xarici ölkələrdə, o, öz gözəl səs tonu, zəngin söz bazası, diksiya və səlist ingilis dili ılə unsiyyətdə olduğu həmkarları arasında böyük rəğbət və çoxsaylı xarici dostlar qazandı. Təsadüfi deyilki, xaricdə ölkəmizin tanıtımına həsr edilə bir sıra videoların ingilis dilində səsləndirilməsində də o iştirak etmişdir.
O, İngilis, rus və türk dillərini mükəmməl, fransız dilini isə orta səviyyədə bilirdi. Fuadaın düşüncəsinə görə mütailə etmək, öyrənmək, özünütəkmilləşdirmək insanın ömrün sonunadək dəvam etməlidir. O acizlikdən nifrət edir və deyirdi ki, insan düşdüyü hər çətin vəziyyətdən mütləq bir çıxış yolu tapa bilər, lakin, öncə vəziyyəti hər tərəfli təhlil etməli və bir qərar aldısa bu yolda nə qədər çətinliy olursa olsun şikayətlənməməlidir.
Fuad Musazadəyə görə əsl kişinin konkret bir formulu var idi. Ona görə kişi hər halıyla mərd olmalı və aldığı hər bir sərbəst qərarın bütün çətinliklərinə qatlanmalıydı. O, öz valideynlərinin pulu ilə və yaxud, kiminsə hesabına yaşamaq, himayədarlığında olmağı kişilikdən saymırdı.
Hər zaman hamıya üzügülər görünməyi başaran Fuad əslində çox özünə qapanıqdı. Öz problemlərini və çətinliklərini bölüşməyi heç də sevməz, daim məğrur görünməyi xoşlayırdı.
Onun sadə təbiətində ciddiyyət və mülayimlik bir birini elə gözəl şəkildə tamamlayırdı ki, o hər zaman maraqlı və pozitiv olmağı bacarırdı. 31 illik həyat yoluna nəzər saldıqda onun çətin, əzmkarlıqla çalışdığı günlərinin ömrünün əksər hissəsini təşkil etdiyini görmək mümkündür. Elə bu səbəblədir ki, öz əməlləri və fərdi şəxsi keyfiyyətləri ilə o qısa ömür payını səmərəli yaşamağı, özünəməxsus bir iz qoymağı bacardı. Taleyi izn versəydi onun gələcəklə bağlı bir çox planları, xarici mütəxəssizlərlə üzərində işləməyə başlamış olduğu bir sıra yeni innovativ layihələri bu il reallığa qovuşacaqdı.
O, öz qısa ömrüylə çoxlarına nümunə olmağı bacardı...səmimi, məğrur, xeyirxah, əzmkar, iradəli və başarılı...
Bəli, Fuad Musazadənin simasında cəmiyyət dəyərli bir gənc jurnalistini itirdi .
Onun xoş ovqat yaradan təbəssümlü çöhrəsi, xoş emosiyaları onu sevənlərin unudulmaz xatirələrlərində daim yaşayacaq.
Mia.az
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO