"MSK, ƏSLİNDƏ, NƏTİCƏLƏRİN LƏĞVİNƏ MEYLLİDİR" - Məzahir Pənahovdan DSK sədrlərinə ittihamlar

img

18-02-2020 [17:17]


 Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov sensasiyalı çıxış  edib.

Mia.az xəbər verir ki, o, pozuntularda DSK sədrlərini günahlandırıb və deyib ki, pozuntularla bağlı məsələləri seçki prosesi başa çatandan sonra da araşdırmağa davam edəcəklər.

MSK sədrinin sözlərinə görə, istənilən halda seçki komissiyaları bunların baş verməsinə görə günahkardır: “Kimsə sənə imkan vermirsə işləməyə, demək günah səndədir. Ona görə biz günahı komissiyada görürük ki, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyiblər. Hansısa müşahidəçi, yaxud jurnalist komissiya üzvünün fəaliyyətinə imkan vermirsə, komissiya üzvü bununla bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməli idi”. 

M.Pənahov daha sonra bildirib ki, MSK əslində, seçkinin nəticələrinin ləğv olunmasına meylidir:

"MSK-ya daxil olan bütün şikayətlər yoxlanılır və geniş şəkildə araşdırılır. Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür”.

Digər xəbərlər
SON XƏBƏRLƏR