Zəlimxan Yaqubun adına poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb

img

18-02-2020 [16:36]


Gürcüstanda Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili kənd sakinləri ilə görüşdə bildirib.

Gürcüstan parlamentinin sabiq deputatı, ziyalı Ramiz Bəkirov və Bolnisi bələdiyyəsinin nümayəndələri poeziya evinin tikiləcəyi sahəyə baxış keçiriblər və tikilinin layihəsi barədə fikir mübadiləsi aparıblar.

Kənd sakinləri Z.Yaqubun xatirəsinin əbədiləşdirilməsi məsələsinə göstərdikləri diqqət və dəstəyə görə Bolnisi rayon rəhbərliyi və rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə minnətdarıqlarını bildiriblər.

Qeyd edək ki, bu ilin yanvarın 21-də Z.Yaqubun anadan olmasının 70 illiyi tamam olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR