HADI RƏCƏBLİ İLƏ BAĞLI ŞOK FAKT: Onu qalib elan dairə sədri həm də "DOST"da fəhlə kimi işə alınıb? - ƏƏSMN-dən xəbərə reaksiya 

img

18-02-2020 [13:09]

"Bəzi saytlarda 74 saylı Lənkəran kənd seçki dairəsinin sədri Rufiyev Əlövsət Rufi oğlunun DOST mərkəzində çalışması barədə əksini tapan məlumat əsassızdır. DOST mərkəzlərində Rufiyev Əlövsət adlı şəxs çalışmır".

Mia.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə Əlaqlər Şöbəsinin rəhbəri Fazil Talıbov deyib.

O bildirib ki, ödənişli ictimai işlərə vətəndaşların qəbulu yerli icra hakimiyyəti orqanlarının təqdim etdikləri siyahılar əsasında həyata keçirilir: "Siyahılarda qeyd edilən şəxslər “DOST İş” mərkəzi tərəfindən qeydiyyata alınır. Bu sahədə ictimai açıqlığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə həmin siyahılar da nazirliyin rəsmi saytında təqdim edilir.

Ə.Rufiyevin ictimai işlərdə çalışması barədə məlumat və skan olunmuş şəkil də məhz həmin siyahıdan götürülüb.
Qeyd olunan yalnış məlumatı yayımlayan media orqanlarına məlumatı yaymazdan öncə qarşı tərəfin rəsmi mövqeyinin öyrənilməsini tövsiyə edirik".

                                                                                     ***

Nəticəsi ləğv olunan 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin sədri həm də DOST Mərkəzində çalışırmış. 

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, sözügedən dairə seçki komissiyasının sədri Rufiyev Əlövsət Rufi oğlu ötən ilin okyabrından DOST Mərkəzi MMC-də fəhlə kimi çalışır.

Qeyd edək ki, Hadi Rəcəblini qalib elan edən 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin nəticələri saxtakarlıq faktlarına görə ləğv olunub.

Maraqlıdır, görəsən bu faktdan Lənkəranın icra başçısı Taleh Qaraşovun xəbəri olmayıb?

Axı Prezident İlham Əliyev dəfələrlə bu kampaniyadan, yəni "DOST" vasitəs ilə ödənişli əsaslarla açılan yeni ictimai işlərdən  əsasən yoxsul təbəqənin istifadəsi haqda göstərişlər verib, çıxışlar edi,. Hətta bir çox rayonlaın icra başçılarını məhz bu mərkəzlərə ayrılan vəsaitləri mənimsəməkdə də ittiham edib.

Elə isə bundan niyə nəticə çıxarmayıblar?

Mia.az

Hadı Rəcəblini "deputat" seçən DSK sədri fəhlə işləyir -RƏSMİ SƏNƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR