"Real TV" 3 tanınmış əməkdaşı ilə yolları ayırdı - Ləman Ələşrəfqızından açıqlama

img

17-02-2020 [21:13]


“REAL” TV-nin əməkdaşı Ləman Ələşrəfqızı televiziyadakı işindən ayrılıb. 

Mia.az-ın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya açıqlama verən tanınmış jurnalist bildirib ki, seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib:

“Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı. Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orada işləməyi istəmirik”. 

Xatırladaq ki,  "Real" TV 125 saylı dairədən namizəd Afət Telmanqızı və həyat yoldaşı namizədliyini irəli sürmüş İlqar Mikayıloğlu ilə də yollarını ayırıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA