Bank "BTB"-də nə baş verir? - Filiallar bağlandı, 50-dən çox işçi ixtisar olundu

img

17-02-2020 [20:14]


2010-cu ildə təsis edilmiş Bank "BTB" ASC-nin iki filialı bağlanıb.

Bankın "Premium" və "Ticarət" filialı müəmmalı səbəblərdən bağlanmalı olub.

Hazırda ASC-nin "Ticarət" filialı "Muğanbank"a satılıb. "Premium" filialının səhimləri isə Baş ofisə köçüb. Bankın filiallarını bağlamasını rəsmi elan etməsə də, artıq orada çalışan 50-dən çox işçi ixtisar olunub.

Qeyd edək ki, yaxın günlərdə daha 4 filialın da bağlanacağı bildirilib. Artıq bankın filallarının bağlanması əmanətçilərini də təşvişə salıb.
Hələlik bank rəhbərliyi bu barədə müştərilərinə rəsmi məlumat vermir.

Bankdan Unikal.org-a iki filialının bağlanması xəbərini təsdiq edib/Unikal.org.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq