MSK 123 saylı Kəlbəcər dairəsindən şikayəti icraata götürüb 

img

17-02-2020 [19:08]


123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd, hüquqşünas Əziz Qənbərovun şikayəti MSK-da icraata götürülüb.

Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat verib.

Bildirib ki, bu gün Mərkəzi Seçki Komissiyasından ona zəng etdilər: "Dedilər ki, şikayətin icraata götürülüb. Təqdim etdiyin video disklərə baxış keçiriləcək və Sənin iştirakınla araşdırılacaq".

Əziz Qənbərov bildirib ki, 120 saylı Dairə Seçki Komissiyasının qərarını da alıb: "4 günə 4-cə cümlə yazıblar. 70 minlik xalqın taleyinin bu şəxslərə həvalə edilməsi çox acınacaqlıdır".

Onu da qeyd edək ki, Əzzi Qənbərov dairədəki pozuntularla bağlı Baş Prokurorluğa da şikayət edib.

Xatırladaq ki, MSK-nın açıqladığı ilkin nəticəyə görə, bu dairədən rayonun icra başçısı Aqil Məmmədov liderdir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR