İMAMVERDİ İSMAYILOVUN MANDATINA TƏHLÜKƏ YARANDI - MSK deputatın rəqibinin iştirakı ilə pozuntuları araşdıracaq

img

17-02-2020 [18:00]


MSK-nın bu gün keçirilən iclasında deputat İmamverdi İsmayılovun yenidən qalib elan edilməsinə etiraz edən rəqibi Anar Əsədlinin də şikayətinə baxılıb.

Mia.az xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən çoxsaylı pozuntularla bağlı şikayət edən deputatlığa namizəd Anar Əsədli yerli DSK-nın bu barədəki müraciətlərə məhəl qoymadığını bildirib.

Bu barədə iclasda açıqlama verən MSK üzvü Tofiq Qasımov deyib ki, şikayətlə bağlı Anar Əsədli ilə əlaqə saxlanılıb: "Onun daha geniş məntəqələri əhatə edən müraciətinə özünün də iştirakı ilə MSK-da baxılacaq".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR