"Lotu Quli" ilə saymazyana danışan gürcü "Oğru"nun məqsədi nə olub? - Kriminal aləm üzrə ixisaslaşmış jurnalistdən maraqlı açıqlamalar
17-02-2020 [14:22]
Azərbaycanlı "qanuni oğru" Nadir Səlifova ("Quli") qarşı sui-qəsd planının qarşısının alınması diqqəti yenidən kriminal aləmdə cərəyan edən olaylara yönəldib.
Nadir Səlifova qarşı su-qəsd planının başında onunla konfliktdə olan gürcü əsilli avtoritet Quram Çixladze ("Kvejoviç") dayanır. Türkiyə polisinin onu və rəhbərlik etdiyi 16 nəfərlik dəstəni saxlaması Nadir Səlifovun aradan götürülməsi planına mane olub.
Rusiyanın primetime.ru saytının baş resaktoru, kriminal aləm barədə kifayət qədər məlumatlı olan Viktoriya Qefter baş verənləri lenta.ru-ya şərh edib.
O, əvvəlcə Səlifovun barışmaz düşmənlərindən danışıb. Qefterin sözlərinə görə, Nadir Səlifovun barışmaz düşmənləri mərhum qanuni oğru Rövşən Canıyevin ("Rövşən Lənkəranski") qardaşı və əmisi oğludur.
Çixladzenin Səlifovla konfliktinə gəlincə, baş redakor hesab edir ki, bunun arxasında nüfuzlu "qanuni oğru" Zaxari Kalaşov ("Şakro Molodoy") dayanır.
Çixladze sağlığında Rövşən Canıyev və onun yaxın ətrafı ilə dostluq edib. Dostluq etdiyi şəxslərin arasında "qanuni oğru" Əlibala Həmidovu ("Qoca Yasamalski") qətlə yetirən şəxs də var.
Qefterə görə, Zaxari Kalaşovun təşəbbüsü ilə Səlifovla görüşən Quram Çixladze məhz bu məsələni müzakirə etməliydi. Çünki Səlifovun qisas alacağı təqdirdə Çixladzeyə də zərbə dəyə bilərdi. Səlifov görüşdə bu barədə ona xəbərdarlıq edib. Həmçinin bildirib ki, o, tərəfini düzgün müəyyənləşdirməlidir.
Çixladze isə tərəf kimi Səlifovu seçmədiyinə eyham edib.
Sonradan "qanuni oğrular" belə qənaətə gəlib ki, bu görüş Çixladze ilə Səlifov arasında konflikt yaradılması üçün təşkil edilib. Çünki həbsxanada olan Kalaşov Nadir Səlifovla Merab Canqveladzenin ("Merab Suxumski") nüfuz etdiyi kriminal hadisələrə təsir imkanlarını itirirdi.
Çixladzenin görüşdə Səlifovla saymazyana danışığı da süni konflikt yaradılması ilə izah edilir.
Qefter də görüşdə baş verən insidentə görə gürcü əsilli "qanuni oğru"nun haqsız olduğuna eyham edib. O, həmçinin bildirib ki, görüşdə Çixladzenin döyülməsi barədə deyilənlər həqiqətuyğun deyil.
Baş redaktorun sözlərinə görə, sadəcə doğum günü olan qazax əsilli avtoritet, "qanuni oğru" tituluna namizəd Arman Cumagəldiyev ("Arman Dikiy") Çixladzeni yerində oturudub. Səlifovla görüşdən əvvəl Çixladze özünü Cumagəldiyevə kommersant kimi təqdim edib. Bir kommessantın "qanuni oğru" titulu daşıyan Nadir Səlifovla saymazyana tonda danışması qazax əsilli avtoritetin ona irad bildirməsinə səbəb olub. Çixladze isə Cumagəldiyevin iradına sərt cavab verib. Bu zaman qazax əsilli avtoritet ona əl qaldırmalı olub. Səlifov dərhal müdaxilə edib və insentin dərinləşməsinə imkan verməyib.
"Hadisə baş verəndə Zaxari Kalaşov tərəfindən Çixladzeni qorumaq üçün ayrılan mühafizəçilər də orada olub. Onlar baş verənləri əvvəldən sonadək izləsələr də, müdaxilə etməyiblər. Bu da Çixladzenin haqlı olduğuna şübhələri artırır, yaxud da onlar qorxaqdırlar", -deyə Qefter bildirib.
Baş redaktor Səlifova qarşı sui-qəsd planının Türkiyə polisi tərəfindən qarşısının alınması məsələsinə də toxunub. O, Səlifovun Türkiyənin güc strukturları tərəfindən xüsusi olaraq qorunması barədə mülahizələri bölüşməyib. Qefter bildirib ki, Çixladze Səlifovun bacısı oğlu Məhəmməd Qurbanova ("Maqa Rustavski") hücum etməsindən sonra Türkiyə polisinin nəzarəti altına düşüb. Baş redakroun fikrincə, sui-qəsd planının qarşısının alınması da polisin peşəkərlağı sayəsində baş tutub.
O, həmçinin bildirib ki, Səlifov həm bacısı oğluna hücum edilən zaman, həm də Çixladzenin sui-qəsdə hazırlaşdığı ərəfədə ümumiyyətlə Türkiyədə olmayıb.
Qefterin fikrincə, Maqa Rustavskiyə hücum əslində Səlifova qarşı növbəti təxribat olub. Düşmənləri hesab edib ki, Səlifov bu olaydan sonra səhvə yola verə və muzdlu qatilləri, yaxud xüsusi xidmət orqanları üçün asan yemə çevrilə bilər.
"Nəyin bahasına olursa olsun Qulini aradan götürmək onun düşmənləri üçün həyati əhəmiyyət daşıyır", -deyə Qefter əlavə edib/Yenisabah.az.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb