"Deyir ki, Tahir Kərimlini Ağsu aşırımından atacağam" - Partiya sədri Zakir Qaralovdan kömək istədi
17-02-2020 [14:01]
Fevralın 9-da keçirilən parlament seçkiləri ilə əlaqədar 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində səsvermənin nəticələrinə əsasən deputatlığa lider namizəd, Vəhdət Partiyasının sədri Tahir Kərimli təhdid olunur.
Mia.az xəbər verir ki, bu barədə Pravda.az-a T.Kərimlinin özü məlumat verib.
Deputatlığa namizəd məsələ ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: “87 saylı Ağsu-İsmayıllı seçki dairəsində deputatlıq namizədliyi qeydə alınmış şəxslərin sayı 36 idi. Amma onların 20-si namizədliyini geri götürdü. Hazırda 16 namizəd deputatlıq uğrunda mübarizə aparır, onlardan 6-sı səsvermənin nəticələrindən şikayətçidir.
Ən ideal seçkilər bəlkə də Ağsu rayonunda keçirildi. Müşahidə edirik ki, digər seçki dairələrindən də şikayətlər var, şikayətçilərin əllərində müəyyən materiallar mövcuddur. Diqqət edin, görün, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən şikayət edənlərin əllərində hər hansı protokol, video-fakt var? Heç bir faktları yoxdur, şikayətləri ümumi xarakter daşıyır.
Prezident İlham Əliyev çağırış etdi ki, gənclər seçkilərdə aktiv iştirak etsinlər, amma bunlar səhv başa düşdülər. Müraciət o gəncələrə idi ki, o insanlar deputatlıq fəaliyyətinin nədən ibarət olduğunu bilir. Deputatlar seçicilərin hüquqlarını müdafiə edir, qanunvericiliklə məşğul olurlar. Deputatlıq elə çıxışlardan ibarət deyil ki? Elə bilirlər, deputatlıq Milli Məclisdə çıxış etməkdən ibarətdir. Bu, ciddi işdir.
Məndən narazı olan deputatlığa namizədlərdən biri – Vüsal İmanov iki dəfə xuliqanlığa və odlu silah gəzdirməyə görə məhkum olunub. Bu şəxs deputat seçilirsə, Milli Məclisin aqibəti necə olar? Hər yoldan ötənin deputatlığa iddia etməsi yolverilməzdir. Təsəvvür edin, bu namizəd necə mübarizə aparır, məni və tərəfdarlarımı ölümlə hədələyir. Vüsal İmanov “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki hesablarında bildirir ki, Tahir Kərimlini Ağsu aşırımından atacağam, tərəfdarlarını aşağılayacağam. Bu, cinayətdir.
Deputatlığa namizəd Ağasən Hüseynovun 71 yaşı var. Etdiyi müraciət formasını haradansa köçürüb, yazır ki, “gənc” mütəxəssis olaraq müraciət edir. Sənin 71 yaşın var, gənc necə sayıla bilərsən? Belə qeyri-ciddi adamlar necə deputatlıq uğrunda mübarizə apara bilər? Həmin namizədlər 10 seçicini toplayıb bir dəfə də görüş keçirə bilməyiblər... Hamı bilir ki, Tahir Kərimlinin hər hansı qanun pozuntusu törədilməsinə ehtiyacı olmayıb. Keçmişim, millət üçün gördüyüm işlər, parlamentdəki çıxışlarım... Bütün bunları xalq bilir. Bizim gördüyümüz işlərin müqabilində bunlar nə iş görüblər? Deputatlıq xeyir-şər evi tikmək deyil? Bunlar niyə belə yanlışlığa yol verirlər...”
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO