Kəmaləddin Heydərovun oğlu Türkiyədə enerji sektoruna sərmayə qoyub - Sənədlər yayıldı

img

17-02-2020 [11:58]


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun daha bir şirkəti üzə çıxıb.

Mia.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbədəki hesabında məlumat yayıb.

O bildirib ki, T.Heydərov Türkiyədə enerji hasilatı ilə məşğul olan “Neta Enerji Üretimi Limited” şirkətinin də  payçılarındandır: “18 fevral 2010-cu il tarixdə təsis olunan və nizamnamə kapitalı 50 min lirə təşkil edən şirkətin 45 min lirəlik 1800 səhmi Tale Heydərova, 5 min lirəlik 200 səhmi isə Türkiyə vətəndaşı Hasan Dündara aiddir.Şirkətin hüquqi ünvanı: Evliya Çelebi Mah. Yasemin Sok. No:11 Tuzla, İstanbul”.Cavanşır Həsənli adlı şəxsin şəkli.


Digər xəbərlər
SON XƏBƏRLƏR