Rauf Arifoğlu MSK sədrini lağa qoydu

img

17-02-2020 [10:14]


"Məlum səbəbdən, digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb, təhlil edirəm... Belə anladım ki, seçki adına əsil yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı dairədə gedibmiş (təbii, daha başqaları da var)".

Mia.az xəbər verir ki, bunu 35 saylı Xətai üçüncü semki dairəsindən lider namizəd elan edilmiş Rauf Arifoğlu bildirib.

O, qeyd edib ki, sadəcə, Məzahir Pənahovu və hakimiyyəti sosial media "atmosferə" saldı. "Bizim dairəni qurban verib, bütövlükdə seçkini xilas etməyə cəhd göstərdilər. Amma üzə çıxan yeni - yeni videolar göstərir ki, 35-ci Xətai 3-cü seçki dairəsini qaytarıb, ən azı, 35 dairəni ləğv eləmək lazımdı...

Məzahir Pənahovun ömrü boyu bircə dəfə demokratlığı tutdu, o da bizim dairənin başında çatladı. "Sosial şəbəkə göstərer, yazmağa, sənədlərə baxmağa gərək qalmer...", dedi.

İkinci dəfəmiz də bunu Feysə baxmağa qoymamaq lazımdı.

Hər şey Feysdəki kimi olsaydı, dünən MSK -nın qarşısında 35-40 min "like" olmalı idi.

Cəmi 35-40 idilər...".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR