Fəzail Ağamalının müşaviri istefa verdi - Səbəb açıqlanmır

img

16-02-2020 [18:31]


Jurnalist Jalə Mütəllimova Ana Vətən Partiyasından istefa verib.

Mia.az xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkədə yazıb.

O, partiyadan ayrılmasını elan etsə də, səbəblərini açıqlamayıb:

"Əziz və dəyərli dostlarım, bu gündən etibarən şəxsi təşəbbüsümlə Ana Vətən Partiyası ilə yollarımız ayrıldı. Hər kəsə sayğılar, sevgilər və böyük uğurlar diləyirəm. Qısa müddətli əməkdaşlıq mənə çox böyük təcrübə qazandırdı. Əminəm ki, bundan sonrakı dönəmdə qazandığım təcrübədən bəhrələnəcəyəm. Bütün ana vətənçilərə uğurlar və sayğılar".

Xatırladaq ki, Jalə Mütəllimova ötən ilin dekabrın 2-də Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının müşaviri təyin edilmişdi. Bundan sonra o,  92 sayli Zərdab-Ucar dairəsindən deputatlığa namizədliyini irəli sürsə də, MSK-nın açıqladığı ilkin nəticələrə görə, həmin dairədən adaşı Jalə Əliyeva lider göstərilib.

Yeri gəlmişkən, Jalə Mütəllimovadan 4 gün əvvəl keçmiş maliyyə naziri Fikrət Yusifov da Ana Vətən Partiyası (AVP) sədrinin müavini təyin edilib. Maraqlıdır ki, o, partiyanın 41 saylı Sumqayıt Seçki Dairəsindən onun namizədliyini məsləhətləşmədən irəli sürməsinə etiraz edərək, seçkiyə qatılmaqdan imtina etdi. Ancaq onun partiyadan istefa verib-verməməsi haqda informasiya verilmədi.

Mia.az

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR