MSK-nın qarşısında aksiya cəhdi... - Paytaxt polisi açıqlama yaydı

MSK-nın qarşısında aksiya cəhdi... - Paytaxt polisi açıqlama yaydı

GÜNDƏM

16.02.2020, 17:39

Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib.

Bakı Şəhər Baş Polis İdarəsindən Mia.az-a verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar: "Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb". 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR