"Görək bundan sonra nə olacaq" - Etibar Məmmədovdan seçkidə baş verənlərlə bağlı şərh

img

16-02-2020 [14:35]


Məlum olduğu kimi, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov növbədənkənar parlament seçkilərinə qatılmadı.

Mia.az xəbər verir ki, Moderator.az-a açıqlamasında AMİP lideri seçkilərin nəticələrini dəyərləndirib:

"Hər şey göz qabağındadır. Öncəki seçkilərlə müqayisədə dəyişən heç nə olmadı. Hər şey əvvəlki qaydalarla getdi. Amma seçkilərdən sonra fəallıq bir az artdı. Xeyli müqavimət oldu. Bəzi dairələrin nəticələri ləğv edildi. İndi gözləyək, görək bundan sonra nə olacaq." -deyən AMİP lideri bilavasitə səsvermə günü seçiciləri fəallığının aşağı olduğunu vurğulayıb:

"Müşahidələrimizə görə, səsvermə zamanı seçici fəallığı çox aşağı olub... Çox...".

"Sizin üçün budəfəki parlament seçkilərində nəsə gözlənilməz bir şey oldumu?" sualına isə Ertibar Məmmədov "Xeyr" cavabını verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR