"ReAL"ın sədri İlqar Məmmədov polis tərəfindən saxlanılıb - DİN açıqlama yaydı

img

16-02-2020 [14:22]


ReAL Partiyanın sədri İlqar Məmmədov polis tərəfindən saxlanılıb.

Mia.az xəbərinə görə, bu barədə partiya üzvləri məlumat yayıblar.

Bildirilir ki, onun saxlanılmasına səbəb bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ilə əlaqədardır.

Xatırladaq ki, İlqar Məmmədovun saxlanılması faktını əıks etdirən video da yayılıb.

Lakin DİN belə bir halın olmadığını bəyan edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib ki, bu gün MSK-nın binası önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiyaöncəsi REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə xəbərlər məlumatlar reallığı əks etdirmir, çünki hazıra qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib: "Ola bilər profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu da onların saxlanılması anlamına gəlməməlidir. Yeri gəlmişkən xatırladım ki, dünən xəbər verdiyimiz kimi razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq".

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR