MSK sədri: “Görüntülərin hamısı araşdırılacaq, pozuntuları edən şəxslər cəzalandırılacaq”

img

15-02-2020 [17:10]


Mərkəzi Seçki Komissiyası (MSK) sosial şəbəkələrdə yayılan görüntüləri araşdırır.

Bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan qanun pozuntuları ilə bağlı görüntülər araşdırılacaq, bu pozuntuları edən şəxslər cəzalandırılacaq: “Sosial şəbəkələrdə qanun pozuntularına dair videoların yayılması çox gözəl ənənədir. Bu görüntüləri yayanlar bizim əsl köməkçilərimizdir. Eyni zamanda müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar. Biz təklif edirik ki, kimin əlində nə material varsa, gec olmadan bizə təqdim etsin. Biz hər kəsə bu şəraiti yaradırıq”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR