"Parlament seçkilərinin erkən keçirilməsinin şahidi olacağıq, QHT, media sektorunda da..." - Mehman Əliyev yeni dəyişikliklərin olacağını deyir (MÜSAHİBƏ)
SİYASƏT
15.02.2020, 14:21
“Turan” İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyev “Reyting.az-a müsahibəsində ilk olaraq Milli Məclisə seçkilər məsələsinə toxunub və yeni parlamenti ölkədəki islahatlar kursunun davamı hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
Mia.az xəbər verir ki, o, müsahibəsində bu seçkilərlə parlamentin də icra hakimiyyəti sisteminə uyğunlaşdırıldını deyib:
- Mən çoxlarının gözlədiyi kimi fövqəladə fərqli bir seçki gözləmirdim və bununla bağlı yazı da yazmışdım. Əslində parlamentin yenilənməsi baş verdi. Məncə, əsas məsələ parlament tərkibinin yenidən təsdiq olunmasıdır. Bu da müəyyən siyasi proseslər çərçivəsində baş verir. Yəni icra hakimiyyəti sisteminə - daha çox kadr siyasətində - yeni gələn komandanın yükü çoxalıb. Hesab edirəm ki, onların seçkilərə təsiri böyük olub.
Əslində, bu seçkilərlə parlament də icra hakimiyyəti sisteminə uyğunlaşdırıldı. Başqa sözlə, bu parlamentin yeni formalaşan icra sistemi ilə iş birliyi yaradılır. Əsas məsələ budur. Yəni bunu vahid siyasi sistem kimi görmək istəyirlər.
Prezident Əliyev dörd televiziya kanalına verdiyi müsahibəsində vurğulamışdı ki, seçkilər yeni yaranan icra hakimiyyəti sisteminin qanunverici orqana uyğunlaşdırılmasıdır. Görünür, qarşıda hansısa islahatların, işlərin görülməsi planları da ola bilər.
- Parlament seçkiləri ilə hakimiyyətin apardığı islahatlar finiş xəttinə çatır, yoxsa proses davam edəcək?
- Yox, proses davam edəcək. İndi daha çox yeni proqramların təsdiqi, yeni qanunların hazırlanması, dəyişdirilməsi, müasir çağırışlara uyğunlaşdırılması kimi proseslər müşahidə oluna bilər. Çünki hakimiyyətin qarşısında çox ciddi çağırışlar durur. Bu da sosial-iqtisadi durumun yaxşılaşdırılması, ölkədə ictimai sabitlik, getdikcə artan narazılığın qarşısını almaqdır. Bu narazılığın qarşısını polis gücü ilə deyil, cəmiyyətin istəyi və onları maraqlandıran dəyişiklikləri etməklə almaq istəyirlər. Yəni əvvəlki qaydada, bəzən qorxu ilə məsələləri həll etmək mümkün deyil.
- Sizcə, yeni parlament iş prinsipi baxımından əvvəlki parlamentdən fərqlənə biləcəkmi?
- Hesab edirəm ki, parlamentin vəzifəsi ictimaiyyəti, seçicini maraqlandıran qanunları qəbul etməkdir. Bunu, yeni parlamentin necə fəaliyyət göstərəcəyini izlədikcə biləcəyik.
- Son aylar ərzində hakimiyyətin yuxarı dairələrində ciddi kadr dəyişikliyi aparılıb. Bəzi ekspertlər isə icra hakimiyyətlərində və hüquq-mühafizə orqanlarında da islahatların aparılmasını zəruri sayırlar. Sizcə, bundan sonrakı dəyişikliklər hansı sahələri əhatə edə bilər?
- Hesab edirəm ki, bir sıra sahələr üzrə islahatlar gözlənilir. Məsələn, ölkədə iqtisadi vəziyyəti canlandırmaq, investisiyalar cəlb etmək, arzulanan mühit yaratmaq üçün hüquq-mühafizə orqanları real vəziyyətə uyğunlaşdırılmalıdır. Yəni müdaxilələr aradan qaldırılmalı, bu orqanların qanunun aliliyində iştirakçılığı artırılmalıdır.
Sonuncu fikrim daha çox məhkəmə instansiyasına aiddir. Bu, bizim böyük problemlərimizdəndir. Əslində bütün bunlar bizim beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərdir.
Yeri gəlmişkən, mən sizə misal çəkə bilərəm. Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT, AŞPA, Avropa Parlamentinin nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının rəyinə reaksiyasına baxa bilərik. Azərbaycan Xarici İşlər Nazirliyi həmin rəylə bağlı açıqlamasında qeyd edir ki, biz danışıqlara, dialoqa, irəli sürülən fikirlərin yerinə yetirilməsinə, qüsurların aradan qaldırılmasına hazırıq və s. İlk dəfədir ki, Xarici İşlər Nazirliyi belə bir bəyanat yayır. Bu, vacib bir haldır.
ABŞ-ın Azərbaycandakı səfirliyinin də müvafiq seçki bəyanatı oldu.
Bir sözlə, hamı öhdəliklərin yerinə yetirilməsini gözləyir və Azərbaycan hökuməti də Xarici İşlər Nazirliyinin dili ilə bildirir ki, buz buna hazırıq.
- Konstitusiyaya dəyişiklik təklifləri də səslənir. Məsələn, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev təklif edir ki, Azərbaycanda proporsional seçki sistemi bərpa olunmalı, parlamentli respublika modelinə keçilməlidir. Belə dəyişikliklərə ehtiyac görürsünüzmü?
- Hesab edirəm ki, proporsional seçki sisteminin tətbiqi qaçılmazdır. Düşünürəm, məhz buna görə də, parlament seçkilərinin vaxtından əvvəl keçirilməsinin şahidi olacağıq. Gözləyirəm ki, seçki qanunvericiliyinə dəyişikliklər olacaq, biz proporsional seçki sisteminə keçəcəyik, parlamentin rolu real olaraq daha da gücləndiriləcək. Yəni partiyaların rəqabəti çərçivəsində parlamentdə işlər başlanacaq. O cümlədən də icra qurumlarında. Biz buna doğru gedirik, hesab edirəm ki, bunlar qaçılmazdır.
Yeri gəlmişkən, düşünmürəm ki, bu, 5 ildən sonra olacaq, əksinə, yaxın zamanlarda baş verəcək. Çünki zaman keçdikcə bu tələbat artacaq.
- QHT və mətbuat sahəsini də qaneedici saymaq olmaz. Bu sahədə də hansısa dəyişikliklər, işə keyfiyyət qatacaq yeniliklər gözləyirsinizmi?
- Əslində bu barədə danışıqlar gedir. Vaxtaşırı hakimiyyət nümayəndələri ilə fikir mübadiləsi olur. Onlar da başa düşürlər ki, vəziyyəti dəyişmək, nəsə etmək lazımdır. Bu reallığı anlasalar da, hələ ki, tərəddüd edir və qərar verə bilmirlər. Amma anlayırlar ki, nələrisə dəyişmək lazımdır və bu zamanın tələbidir.
O cümlədən QHT sektoruna müəyyən yeniliklərin gətirilməsi, fəaliyyətin genişləndirilməsi, xarici donorların ölkəyə dəvət edilməsi, habelə onlara münasib şəraitin yaradılması zamanın tələbidir. Hesab edirəm ki, bu istiqamətlər üzrə də getdikcə dəyişikliklər olacaq. Ancaq bunu istəməsələr də, anlayırlar ki, başqa yol da yoxdur. Bu mənada söhbət etdiyimiz istiqamətlər üzrə yeniliklərin baş verməsi gözləniləndir.
Reyting.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pakistandan Husilərə sərt xəbərdarlıq: "Müqəddəs məkanlarımızı qorumaq bizim vəzifəmizdir"
Bugün, 01:12 GÜNDƏM
-
"Beşiktaş" Avropa Liqasının ilk oyununa qələbə ilə başladı
Bugün, 00:58 İDMAN
-
Kadir İnanırın vəsiyyətnaməsinin oxunması təxirə salındı - 28 iddiaçı var
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
CHP üzvü istefa verdi, daha sonra isə... - FOTO
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
VI turun hakim təyinatları açıqlanıb
17.09.2026, 23:22 İDMAN
-
Ermənilərin Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatlara hücumu... - Aynurə Məhəmmədova yazır
17.09.2026, 21:02 SİYASƏT
-
Əli Nağıyev Qazaxıstanda: "Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və..."
17.09.2026, 19:37 SİYASƏT
-
Karyera dəyişikliyi, yeni layihə və... - Bu bürc sahiblərinə yeni şans doğacaq?
17.09.2026, 19:19 CƏMİYYƏT
-
Səməd Səmədovu bu sözlərlə yad etdi
17.09.2026, 19:11 GÜNDƏM
-
Təhsil ekspertinə hökm oxunub
17.09.2026, 18:54 KRİMİNAL
-
Çəkələklə döyüşən savaşçılar super gücü dizə gətirdi - ABŞ və Husilər Omanda gizli razılaşmaya getdi, "Reuters" iddianı azı 5 mənbədən dəqqiqləşdirib!
17.09.2026, 18:03 GÜNDƏM
-
Belçikada Qərbi Nil Virusuna yoluxma sayı artıb
17.09.2026, 17:31 DÜNYA
-
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - FOTOLAR (YENİLƏNİB)
17.09.2026, 17:24 GÜNDƏM
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Pakistanda görüşlər keçirib
17.09.2026, 17:18 DÜNYA
-
Ceyhun Bayramov Casurbek Çoriyevlə müzakirə aparıb
17.09.2026, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
17.09.2026, 17:00 İQTİSADİYYAT
-
Türk idmançılara viza verilmədi - Komanda yarışdan imtina etdi
17.09.2026, 16:36 İDMAN
-
49 DSK-nin tərkibi dəyişir: "Çalışmışıq ki, layiqli şəxslərin namizədliyi irəli sürülsün"
17.09.2026, 16:21 SİYASƏT
-
Lerikdə zəlzələ oldu
17.09.2026, 16:12 GÜNDƏM
-
Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri: Rumıniyanın Baia Mare şəhəri + FOTOLAR
17.09.2026, 16:04 SİYASƏT
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbərləri bir arada: mühüm mesajlar verildi - FOTOLAR (FOTOLAR)
17.09.2026, 16:00 GÜNDƏM
-
Prezident AAK sədri barədə sərəncam imzaladı
17.09.2026, 15:43 GÜNDƏM
-
Paşinyan mətbuat konfransında Moskvaya belə mesaj verdi: "Bizə sizin hərbi baza lazım deyil, əgər onu çıxarmaq istəyirsinizsə..."
17.09.2026, 15:25 GÜNDƏM
-
Yurgen Klopp "Qalatasaray"ın oyunçusunu yığmaya çağırmadı
17.09.2026, 15:14 İDMAN
-
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl: şübhəli şəxs saxlanılıb
17.09.2026, 14:57 KRİMİNAL
-
"Sultana"filminin təqdimatında qalmaqal - Aktrisaların bir-birlərinə replikası gündəm oldu
17.09.2026, 14:19 MƏDƏNİYYƏT
-
Konsertdə müğənniyə qarşı əxlaqsızlıq... - Demet Akalının cangüdənlərinə səsləndi: "Alın bu əxlaqsızı..."
17.09.2026, 14:14 ŞOU-BİZNES
-
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
17.09.2026, 13:59 CƏMİYYƏT
-
Bakıda tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib (Yenilənib)
17.09.2026, 13:56 MƏDƏNİYYƏT
-
Noyabr ayı üzrə qeyri-iş günləri bəli olub
17.09.2026, 13:54 CƏMİYYƏT
-
İlham Əliyev: "Ətrafımızda müharibələr gedir, bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür"
17.09.2026, 13:20 GÜNDƏM
-
Pərviz Şahbazov: "BP ilə enerji tərəfdaşlığımızın yeni layihələrlə genişləndirilməsi, təmiz enerjiyə keçid..."
17.09.2026, 13:13 İQTİSADİYYAT
-
Tarixi proses başlayır - Ramiz Mehdiyev Ramiz Mehdiyev məhkəməyə müraciət edib, deyib ki...
17.09.2026, 13:01 SİYASƏT