Deputatlığa namizəd olan jurnalist Prezidentlə görüşmək istəyir

img

15-02-2020 [13:39]


107 saylı Qazax seçki dairəsindən  deputatlığa namizəd, "Əks-səda" Beynəlxalq Jurnalist Tədqiatları Mərkəzinin rəhbəri, jurnalist  Sevinc Kərimova Prezident İlham Əliyevlə görüşmək istəyir.

Bu barədə Mia.az-a onun özü məlumat verib.

O bildirib ki, seçkiyə böyük ümidlərlə bitərəf namizəd kimi qatılnışdı: "Parlament seçkisinin xalqın iradəsinin ifadəsi olacağına çox inanırdım. Təəssüf ki, məntəqələrdə seçki günü hər şeyin ideal görünüşü yaradılsa da, məntəqə xaricində proseslər kütləvi pozuntular və zorakılıqlarla keçdi. "Yüzbaşılar" seçiciləri məntəqələrə daşımağa başladı. Elə şeylər baş verdi ki... Məhz bunlara görə, Prezident İlham Əliyevlə görüşmək, ona şəxsən özümün seçki  zamanı qarşılaşdığım çoxsaylı pozuntular haqda tutarlı dəlilləri vermək üçün əlimdən gələni edəcəyəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR