"Təəssüf ki, bu strukturlar qanunun yox, Aqiyə Naxçıvanlının tərəfində durdular" - Ləman Ələşrəfqızı Prezidentə nələr yazdı?
15-02-2020 [10:55]
117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd, Əməkdar jurnalist Ləman Ələşrəfqızı ölkə Prezidenti İlham Əliyevə məkub yazıb.
Mia.az məktubu olduğu kimi, təqdim edir:
“Salam cənab Prezident!
Sizə bu müraciəti 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd İsmayılova Ləman kimi edirəm. Amma cəmiyyət məni sadəcə Ləman Ələşrəfqızı kimi tanıyır. Əməkdar jurnalist, uzun illər mətbuatda və televiziyada çalışmış bir peşəkar müxbir kimi...
Cənab Prezident! İslahatlar Proqramı çərçivəsində Parlamentin də yeniləməsi zərurəti şəxsən məni bu seçkilərə qatılmağa ruhlandırdı. Üstəgəl doğulduğum bölgənin insanlarının belə bir təşəbbüslə çıxış etməsindən sonra qəti qərara gəldim ki, bəli mən də Parlament seçkilərinə qatılacam. Çünki, Oğuz və Qəbələnin bu dairəyə düşən kəndlərinin sözün əsl mənasında islahatçı, yenilikçi, işgüzar, sadə camaatın dilindən anlayan bir deputata ehtiyacı vardı. Və qatıldım da. Təşviqatın ilk günü rastlaşdığım mənzərə sadəcə belə idi: yenicə bələdiyyə seçkilərindən çıxan yorğun, ümidsiz, çarəsiz, inamsız, seçkini baykot etməyə hazır adamlar. Onlarla dil tapmaq, onları Sizin müəllifiniz olduğu İslahatlara inandırmaq, Azərbaycanın daha güclü, daha qüdrətli olması üçün öz Prezidenti ətrafında sıx birləşməyə dəvət etmək, necə deyərlər çəkici bir zindana vurmaq mənim çıxışlarımın əsas leytmotivi oldu. Və budur, Oğuz-Qəbələ camaatı artıq bizimlə birlikdə addımlayır. Təşviqatın ilk günündəki yorğun, inamsız insanlardan əsər-əlamət yoxdur! Hamı bizim ətrafımızda birləşib, hamı dövlətin, Prezidentin yanındadır.
Cənab Prezident!
Əgər camaatımın inamı, sevgisi olmasaydı,bu görüşləri keçirmək asan olmayacaqdı. Çünki, qarşı tərəf əlindəki inzibati rıçaqlardan istifadə etməklə hər vəchlə seçicilərlə görüşə mane olurdular. Mənim əsas rəqibim Aqiyə Naxçıvanlının qardaşı Yusif Naxçıvanlı Oğuz rayon İcra Hakimiyyəti başçısının müavinidir. Digər qardaşı Mahir Naxçıvanlı Oğuz rayon Təhsil Şöbəsində vəzifə tutur. Bu ailə ilə qohumluq münasibətində olan Səyyaf Abbasov Oğuz İH-nin ərazi idarəetmə şöbəsinin müdiri kimi bütün icra nümayəndələrinə tapşırıq vermişdi. Şəkillərim cırılırdı, camaat arasında bizə yox, qarşı tərəfə səs verməklə bağlı təbliğat aparılırdı, insanlara hədə-qorxu gəlirdilr. Çox təəssüf edirəm ki, bu zaman xüsusilə Aqiyə Naxçıvanlının həyat yoldaşı Hüseyn müəllimin Prezident Aparatında işlədiyini, qaynı oğlu Şahmar Mövsümovun isə Prezidentin köməkçisi olduğunu məqsədli şəkildə yayırdılar. Qanun pozuntuları ilə bağlı hələ təşviqat dövründə 117 saylı dairəyə, sonra isə MSK-ya müraciət etdik. Bu pozuntular Aqiyə xanımın təşviqat dövründə bir tələbənin təhsil haqqını ödəməsi, İcra Hakimiyyətində vəzifə tutan Saleh müəllimin onun təbliğatında iştirakı, qardaşı Yusif Naxçıvanlının başçının müavini vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmaması, bununla da təsir mexanizmi gücünü özündə saxlaması və s bu qəbildən olan məsələlər idi. Təəssüf ki, bu strukturlar qanunun yox, Aqiyə Naxçıvanlının tərəfində durdular.
Nəhayət, seçki günü əsl rüsvayçılıq yaşandı. Axşam saatlarına qədər diqqətçəkən qanun pozuntuları olsa da bu kütləvi xarakter almamışdı. Amma saat 18.00 ərəfəsində məntəqələrdə millətin, dövlətin, Prezidentin yürütdüyü islahatların adına yaraşmayan biyabırçılıq hökm sürdü. Səslərin sayılması zamanı şəxsən özümün dayandığım məntəqədə səslərimi qoruya bildim. O məntəqədə 203 səslə 116 səs toplayan Aqiyə xanımı üstələdim. Amma hətta bu məntəqədə belə digər prosedurlara əməl olunmadı.
Belə ki, nümunə protokolun üzü karbonlaşdırılmış protokola köçürülmədi, ümumiyyətlə karbonlaşdırılmış protokol heç bir məntəqədə ortaya çıxmadı. Bizim heç bir müşahidəçiyə imkan yaradılmadı ki, səslər onların gözü qarşısında sayılsın, nümunəyə, sonra isə karbonlaşdırılmış protokola köçürülsün. Bu səbəbdən də bu gün bizim əlimizdə 61 məntəqə üzrə cəmi 20 nümunə protokol var. Deməli, həm də 41 qanunsuzluq, 41 cinayət faktı.
Cənab Prezident! Biz konkret faktlarla Mərkəzi Seçki Komissiyasına müraciət etmişik. Sizin Atanızın, bizim ümummilli liderimiz Heydər Əliyevin bir sözü var: Qoy Ədalət zəfər çalsın!
İnanıram ki, Ədalət zəfər çalacaq! Çünki arxamızda Dövlətimiz, Prezidentimiz, xalqımız, başımızın üstündə Allahımız var!”
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)