İqor Ponomaryov: "Abdullah Avcı təklifi qəbul etməyib?"
15-02-2020 [10:48]
"Mən Vanqa deyiləm, gələcəyə baxa bilmədiyim üçün hansı ölkədən hansı məşqçinin millimizə lazım olduğunu söyləyə bilmərəm".
Bunu Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov deyib.
60 yaşlı mütəxəssis yığmanın boş qalan baş məşqçi postuna namizədlərlə bağlı məsələyə münasibət bildirib. O, komandaya hansı məşqçinin kömək edə biləcəyini açıqlayıb: "Bilirsiniz, məsələ məşqçinin Rusiya, Türkiyə və ya başqa ölkədən olmasında deyil. Onsuz da, əcnəbinin mentaliteti fərqli olur. Burada əsas məsələ məşqçinin özü ilə bağlıdır. Yeni çalışdırıcı özünü millidə necə hiss edəcək, futbolçularımızın potensialını açmaq üçün nələr edəcək? Bu elə incə məqamdır ki, onu sözlə ifadə etmək olmur".
"Beşiktaş"ın sabiq baş məşqçisi Abdullah Avcının AFFA-nın təklifini dəyərləndirən Ponomaryov yerli mütəxəssisin təyinatının tərəfdarıdır: "Abdullah Avcı təklifi qəbul etməyib? Aydındır! Bilirsiniz, bu gün Azərbaycan millisi hansısa məşqçi üçün reytinqini yüksəldəcək yer deyil. Şəxsən mən yerlinin tərəfdarıyam. Çünki həmin məşqçi öz uşağına azarkeşlik edirmiş kimi yığmanı dəstəkləyəcək, komandanın inkişafı üçün əlindən gələni edəcək".
Sosial şəbəkələrdə bu posta İqor Ponomaryovu təklif edən azarkeşlər də az deyil. Hətta mütəxəssis özü də bundan xəbərdar olduğunu söyləyir: "Bəli, yazılanlardan xəbərim var, sosial şəbəkələrdə yazılanları oxuyuram. Amma həmin fikirlərə heç vaxt şərh vermirəm. Əslində, bu mövzu təkcə sosial şəbəkədə müzakirə edilmir. Küçədə insanlar məni saxladıb, bu haqda soruşurlar. Ancaq bunu heç kimlə müzakirə etmirəm. Bilirəm ki, məni Azərbaycan futbolunda görmək istəyən çox azarkeş var. Çox şadam ki, öz işimlə yaxşı xatirələr buraxmışam. Tezliklə 60 yaşım tamam olacaq, ayıq başlı insanam, illuziyaya qapılmıram".
Ponomaryov millinin güclənməsi üçün tələb olunan meyarları da açıqlayıb: "Futbolçularımızın ölkə xaricində, yaxşı çempionatlarda oynaması yaxşı olardı. Ancaq reallığı da nəzərə almaq lazımdır. 10 ilə yaxın Azərbaycan futbolunda yox idim. Üç ay çempionatda işlədim və reallıqları gördüm. Premyer Liqada çox komandanın olmasını istəyərdim, 14 komandalı çempionat yaxşı olardı. Məhz bu halda daha güclü rəqabət yaranar. Klub sayı azdır və əvəzedici heyətdəki uşaqların əsas komandalara düşmək şansları yoxdur. Elə buna görə də onların inkişafı zəifləyir. Yalnız "Qarabağ" 7 ildir yüksək səviyyədə futbol nümayiş etdirir. Bu cür komandaların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Əgər belə olsaydı, millimiz də başqa cür nəticələr əldə edərdi".
ApaSport
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR