"Spiker olacağım haqda xəbərlər dolaşır, ancaq..." - Qənirə Paşayeva 

img

14-02-2020 [16:48]


Milli Məclisə növbədənkənar seçkilərdə 105 saylı Tovuz Seçki Dairəsinin lider namizədi Qənirə Paşayeva parlamentin spikeri olacağı ilə bağlı iddialara münasibət bildirib.

Mia.az xəbər verir ki, o, öz "Facebook" hesabında iddialarla bağlı bunları yazıb:

"Əziz dostlar, sosial mediada, bəzi media orqanlarında mənim Milli Məclis sədri olacağım barədə əsassız xəbərlər dolaşmaqdadır. Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir, hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır; mən isə bitərəfəm. Digər tərəfdən yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq. Xahiş edirəm əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR