Lukaşenkodan Putinə sərt cavab: "Diz çökməmək üçün bunu edirik”

img

14-02-2020 [15:43]


Belarus Prezidenti Aleksandr Lukaşenko neft tədarükü ilə alternativ mənbələr axtarmaqlarına aydınlıq gətirib.

"BELTA"ın verdiyi xəbərə görə, Qomel vilayətində görüş zamanı A. Lukaşenko bildirib ki, alternativ mənbələr Rusiya neftindən daha baha olsa belə, Belarus bu nefti alacaq.

O qeyd edib ki, bir müddət əvvəl Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bu məsələni müzakirə ediblər: “Vladimir Putin niyə belə bir qərar verdiyimizi soruşdu. İndi bəyan edirəm ki, hər 31 dekabrda diz çökməmək üçün bunu edirik”.

Xatırladaq ki, Belarus neft tədarükü ilə əlaqədar Ukrayna, Polşa, Baltikyanı ölkələr, Qazaxıstan və Azərbaycana təkliflər göndərib. Bundan sonra Rusiya və Belarus liderləri Soçidə görüşüblər və bu məsələdə razılığa gəliblər/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR