91 saylı seçki dairəsində nə baş verir? - Daha bir namizəd MSK-ya müraciət etdi, bəyanat yaydı

img

14-02-2020 [12:13]


91 saylı seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.

Mia.az-a daxil olan bəyanatda namizəd bu seçki dairəsində baş verən kütləvi seçki saxtakarlığı və qanun pozuntuları ilə bağlı MSK sədri Məzahir Pənahova müraciət edib.

O, müraciətində 91 saylı seçki dairəsinin nəticələrinin ləğv edilməsinin vacibliyinin labüd olduğunu və MSK-ya saxtakarlığı sübut edəcək foto və video çəkilişləri təqdim etdiyini qeyd edib.

Bəyanatı olduğu kimi təqdim edirik:

"Mən 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə demokratiyanın bərqərar olunması, məmurların özbaşınalıqlarının qarşısının alınması, şəffaf və demokratik seçkilərin keçirilməsinin təmin olunması istiqamətinqə apardığı islahatlara güvənərək və gənclərin bu seçkilərdə iştirakı ilə bağlı çağırışa qoşularaq 9 fevral 2020-ci il tarixinə təyin olunmuş növbədənkənar Parlament seçkilərində iştirak etdim.

Lakin təəsüf hissi ilə bildirirəm ki, hələ təbliğat-təşviqat kompaniyasının başladığı ilk gündən yaradılmış qeyri şəffaf mühit 9 fevral 2020 - ci il tarixində keçirilən seçki günü pik həddə çatdı. Seçkinin gedişatında aktiv müşahidələrimiz nəticəsində foto və vodeo faktlarla qeydə aldığımız ciddi qanun pozuntuları - karusellər, topa şəkildə bülletenlərin seçki qutularına atılması, müşahidəçilərin seçkini izləmək imkanlarının məhdudlaşdırılması, müşahidəçilərə təzyiq göstərilməsi, səsvermə hüququ olmayan şəxslərin kütləvi surətdə səsvermədə iştirakı, bülletenlərin sayılması prosesindən müşahidəçilərin kənarlaşdırılması, protokollarda sayların YAP namizədi xeyrinə şişirdilərək həqiqi göstəricilərdən uzaqlaşdırılması, seçki məntəqəsinin ərazisində qeydiyyatı olmayan seçicilərin digər məntəqələrdə səs verməsi, 4 və 8 saylı məntəqə istisna olmaqla istifadə olunmamış bülletenlərin sayılaraq ləğv edilməməsi, məntəqəyə girən seçiciyə üçüncüyə səs verin kimi sözlərlə seçimə təsir göstərilməsi, protokolların sürətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi halları aşkar olunmuşdur. Hesab edirəm ki, bütün bu kimi qanun pozuntuları cənab Prezidentin demokratiyanın bərqərar olunması, məmurların özbaşınalıqlarının qarşısının alınması, şəffaf və demokratik seçkilərin keçirilməsinin təmin olunması istiqamətinqə apardığı islahatlara kölgə salmaqdır, ictimaiyyətin inamını qırmaqdır.

Ucar rayonu 91 saylı DSK–da baş vermiş qanuna zidd hərəkətlər nəticəsində seçki saxtakarlığı baş verildiyini və həmin saxtakarlıqla nəticələrin düzgün olmadığını nəzərə alaraq 91 saylı Ucar DSK-nın nəticələrinin ləğv edilməyini və qanun pozuntusuna yol vermiş DSK və məntəqə üzvlərinin məsuliyyətə cəlb olunmasını xahiş edirəm.

Qeyd etmək istəyirəm ki, sadalanan bütün saxtakarlıq faktları, qanuna zidd olan bütün hərəkətlər və hərəkətsizliklər foto və video vasitəsilə qeydə alınmışdır və MSK-ya təqdim olunmuşdur".

Xatırladaq ki, 91 saylı Ucar seçki dairəsindəın YAP-ın namizədi işsiz olduğu deyilən Həsən Ramil Sahib oğludur.

MSK-nın açıqladığı ilkin nəticələrə görə, o,  9 min 643 səslə dairənin lioder namizədi idi.

Ancaq dünən MSK 91 saylı Ucar seçki dairəsindən deputatlığa başqa bir namizəd Əbil Məmmədovun müraciətinə əsasən, bu dairədki nəticəni şübhə altına alıb.

Belə ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verərək, bildiriib ki, dairədən olan şikayətlər araşdırılmaq üçün DSK-ya göndərilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR