“ANA, MƏN SAĞAM…”
13-02-2020 [22:41]
Şəhid Zəhra balamızın xatirəsinə və doğum gününə…
(ELEGİYA)
***
İnformativ təxribatların qısa müddətdə belə böyük vüsat alacağını proqnozlaşdırmaq sırf peşəkarlıq baxımından məntiqin ən toxtaq səslə diqtə etdiyi ən təhlükəli məqamlardandır.
Ucqarlaradək çırpılan dalğalar informasiya məkanında yaşanan ciddi boşluqları rahatlıqla “yarıb” keçir: bəlkə də gözə kül üfürmək xətrinə dikələn xırda-para maneələr isə hətta ən zəif müqaviməti müəyyənləşdirmək gücündə deyil.
Soyuq müharibə cəbhəsindəki kontrlar dayanıqlı təzyiqlərə tab gətirmir, əfəndilər, hər toqquşmada deformasiyaya uğrayır və bununla da, oxunanların qırmızı rənglə yazıldığına ciddi eyham vurur: deyəsən, ölkə yavaş-yavaş öz içinə çəkilir, öz üstünə yeriyir!
Əsl həqiqət reallığın gizli metropoliyasında, qaranlıq hücrələrdədi: o hüçrələrin yolunu tapmaq ayaq basılan pilləkanların nə vaxtsa bitəcəyini anlamaq üçündü!
Dünən Bakıda əl-qolunu ölçə-ölçə erməniləri həvəslə söyən adam bu gün Yerevandan bizi eyni ehtirasla lənətləyir!
Bəlli həqiqətdi, çağdaş informasiya məkanımız öz simasını qorumaqda açıq-aşkar çətinlik çəkir! Bu dövlətin, bu xalqın yükünü necə çəkəcək!
Güzaran jurnalistikamız öz arvadlarından rəsmən boşanan, öz balalarını rəsmən anasız qoyan qələm əhli ilə gündəmdədi, mənzil ehtirası ilə çalxalanır…
Dövlətin və xalqın informasiya təhlükəsizliyi üçün nəzərdə tutulmuş saysız-hesabız qrantlar əksər layihə rəhbərlərindən ötrü sadəcə və sadəcə maliyyə mənbəyidi.
İnformasiya məkanımızın rəngi-ruhu bomboz bozarıb.
Bakının ən sallaqxana çayxanalarında eyni sözləri eşitmək üçün jurnalist olmağa ehtiyac duyulmur: “Qrant alan kimi borcumu qaytaracam!”
Söhbətin xarakteri bu çayxanaların prestijinə uyğun olaraq dəyşir; daha komfortlu iaşə obyektlərində müzakirələr daha rentabelli mövzular üzərində qurulur: “Hesabıma pul köçürülən kimi mənzilimi, maşınımı dəyişəcəm…”.
Azərbaycan insanının ən böyük problemi özü ilə mübarizədə yaşanır. O özündən gücsüzdü; o özündən balacadı…
Ona görə də özündən qorxur! Ona görə də həmişə nəfsinə uduzur! Azərbaycan insanı nəfsinə uduzduqca, Azərbaycan uduzur…
“İnsan həmişə nə isə özündən böyükdü” yazırdı Kamyu. Azərbaycan insanının nəfsi özündən böyükdü!
Gödəni doymur! Ev verilir, fəxri ad istəyir! Fəxri ad verilir, vəzifə istəyir! O həmişə nəsə istəyir! Çünki arzuları vəhşi ehtirasla, həndəsi silsilə şəklində arta-arta it xılı kimi üstünə yeriyir!
Budur, mənzil almağa haqqı çatanlar da, haqqı çatmayanlar da meydandadı. Ehtiraslar qızışır! Ehtiraslar pik həddindədi! Üstəlik, qəfildən peyda olan bir polis polkovniki, özü də əsayişin bərpa olunacağına ümid bəslənildiyi vaxtda mənzil iddiası ilə meydanda bomba partladır! Hadisə yerində ölənlərin və yaralananların dəqiq statistikasını aparmaq əhəmiyyət daşımır, amma mənzil almağa haqqı çatanların da, haqqı çatmayanların da üzü qapqara qaralır! Bu faktdı!!.
Belə yerdə gecə-gündüz torpağın altında külüng çalan zavallı şaxtaçıları xatırlamaq əsla gülüş doğurmamalıdı…
Hadisələrin kəskin dinamikası hər adama boy vermir! Hasarın bu üzündə dayananlar hasarın o üzündə dayananların qulaq qəhrəmanlarıdı. İndi onlar sonsuz dəhşət içində çırpına-çırpına intizarla gözləyir, öz-özlərinə verdikləri suala sadəlövhcəsinə cavab axtarırlar: görəsən kəsəcək, ya kəsməyəcək!?.
Çünki bu, peyğəmbər zamanından az qala on beş əsr sonra müsəlman insanının şahidlik etdiyi ikinci belə dramatik və nadir hadisədi: üstəlik, baş qəhrəmanın general mundiri hal şahidlərini sadə vətəndaşların qarşısına elit bir heyətlə çıxarır.
Sözə sitayiş edənlər sözün öldürüldüyü yerdən nicat gözləyirlər.
Vəzifəsini, var-dövlətini və canını öz doğma balalarından çox istəyən general üç övladını qurban kəsmək niyyətilə cəmiyyətə, yəni hasarın o tayında dayananlara xəyanətə bərabər qorxaqlığın, vəhşiliyə bərabər vicdansızlığın yeni, ancaq çox təhlükəli bir modelini təqdim edir.
Adam özünü tanımayacaq qədər buraxıb. Yeni nəsil novruzəlilərin daha barbar, daha gerizəkalı nümayəndəsi kimi çıxış edir. Özü də general mundirində!
Dünənədək ölkənin var-dövlətini balalarına görə çapıb-talayan bu novruzəlilər indi artıq öz balalarını yığdıqları var-dövlətə görə qurban verirlər. Var-dövlətə qurban verirlər, dövlətə yox!
Dünənədək ölkənin var-dövlətini oğurlayan novruzəlilər indi artıq xalqın mənəviyyatını çapıb-talayırlar, xalqın mənəviyyatına sui-qəsd edirlər, xəncər saplayırlar!
Bunula da, xalqın mənəviyyatı mundirli jeton oğrusunun “metroda bir tam onda beş adamın qaldığını” iddia edəcək qədər kiçildilir!..
Zəhra da kiçik idi, balaca idi. Heç iki yaşına çatmamışdı. Sizin qurban kəsmək istədiyiniz boynuyoğun oğlanların yanında nida boyda görünürdü! Amma ömrü aylarla ölçülən bu körpə öz həyatını bizim hamımızdan ləyaqətlə yaşadı. Öz sinəsini düşmən mərmisinə sipər etməklə qorudu bu Vətəni.
Əfəndilər, torpaq Zəhraların həlak olduğu yerlərdə Vətəndi…
P.S. Yazının adı məhşur müharibə filmindən götürülüb. Döyüşlərin qızğın vaxtında valideynlərini itirən uşaq doğulub boya-başa çatdığı kəndə gəlir; mərmilərin uçurub dağıtdığı evlərini axtarıb tapır və o evin salamat qalmış divarına bu sözləri yazır: “Ana, mən sağam!”.
Zəhralar bizim olmadığımız yerlərdə sağdılar…
MİA.AZ
SOCAR-da daha bir təyinat - FOTO
Şuşada İlham Əliyevin adından Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
"Başakşehir" qapıçısının müqaviləsini uzadıb
Türkiyədə 180 siyasi partiya var - Ən çox üzvü olanla ən az üzvü olan təşkilatın adı açıqlanlıb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
"Fənərbağça" bu oyunçu ilə müqaviləni uzadıb
DEPUTATLAR DAHA 15 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - Siyahı
"Milan" yarımmüdafiəçi transfer edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Osayi-Samuel "Birmingem Siti"yə transfer olub
Fatih Terimin yerinə məşhur məşqçi gətirilib
"Beşiktaş"ın Avstriya heyəti açıqlanıb
"Atletik Bilbao" Niko Uilyams ilə müqavilə uzadıb
"Liverpul" vəfat edən futbolçusu ilə bağlı məlumat yayıb
Super Liqanın püşkü atıldı - Derbi oyunları nə vaxt oynanılacaq?
"Yuventus" Conatan Davidi transfer edib
Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR (Yenilənib)
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü başladı - VİDEO (CANLI) - YENİLƏNİB
Ölkə başçıları Xankəndidə çay sürfəsi arxasında - VİDEO, FOTOLAR
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib - Açıqlama
Qəzza zolağında savaş: 37 fələstinli həlak olub
Milli Məclisin növbəti iclası iyulun 8-də olacaq
Ermənilər Bakıda hakim qarşısında - Zərərçəkənlər ifadə verirlər
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Şəxsiyyət vəsiqəsində dəyişiklik təsdiqləndi - Yaşayış yeri və...
Əmlakla bağlı yeni qanun qəbul olunub
Türkiyənin 32,5 faizi heç bir partiyaya inanmır - SORĞU
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan–Özbəkistan: Müttəfiqlikdən Qardaşlığa Ucalan Strateji Tərəfdaşlıq.. - Gülarə Verdiyeva yazır
"İlham Rəhimovun xilaskar obrazını cəmiyyətə sırıyan qüvvələr bunu anlayırmı?" - Eynulla Fətullayevdən sərt açıqlama
VƏRƏSƏLİK İŞİ... - Ali Məhkəmə vahid məhkəmə təcrübəsi qəbul edib
İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib - FOTOLAR
Milli ləzzətin oğurluğu - Paxlavanın erməni versiyası
Ərdoğan Füzuli Beynəlxalq Hava Limanında qarşılanıb
İlham Əliyev Şahbaz Şərifi qarşılayıb (YENİLƏNİB)
"Azəriqaz"da anarxiya: "Fəxri neftçi" imtahana girməyib, lakin üzünə durub deyirlər ki...
İlham Əliyev Trampa məktub göndərdi: "Qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial var"
Milli Məclis büdcənin icrasını təsdiqlədi