"ABŞ, İsrail, Türkiyə və Rusiya..." - Suriyada irimiqyaslı müharibənin anonsu verildi

img

13-02-2020 [14:54]


"ABŞ, İsrail, Türkiyə və Rusiyanın iştirakı ilə Suriyada irimiqyaslı hərbi münaqişə istisna olunur".

 RİA “Novosti” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Ankaraya səfəri zamanı bildirib.

“Hazırda ABŞ, İsrail, Türkiyə və Rusiya kimi böyük oyunçuların iştirakı ilə regionda irimiqyaslı hərbi əməliyyatlara başlamaq ehtimalını istisna edirik. Çünki bu ölkələr çox ehtiyatlı davranır”, - o, deyib.

Amerikalı diplomat adıçəkilən ölkələrin bütün ziddiyyətlərini diplomatik yollarla aradan qaldırmağa çalışdırlarını söyləyib.

Qeyd edək ki, C.Cefrinin başçılıq etdiyi heyət İdlib yaxınlığında 5 türk hərbçisinin həlak olmasından dərhal sonra fevralın 11-də Türkiyəyə gəlib və bir sıra danışıqlar aparıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR