Rafiq Hüseynov ikiqat Avropa çempionu oldu

img

12-02-2020 [23:48]


Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 82 kq çəki dərəcəsində rəqib bolqarıstanlı Daniel Tixomirov Aleksandrov olub. Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 2:1. Bununla da Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR