Keçmiş idarə rəisi məhkəmədə özünə güllə sıxdı

img

12-02-2020 [15:54]


Rusiya Federasiyası Cəzaların İcra edilməsi Federal Xidmətinin keçmiş idarə rəisi məhkəmədə özünə qəsd edib.

Məlumata görə, Federal Xidmətin keçmiş idarə rəisi Viktor Sviridov paytaxtın Çertanovo Rayon Məhkəməsində barəsində hökm oxunduqdan sonra odlu silahdan özünə atəş açıb. O, yerindəcə ölüb.

Məhkəmənin mətbuat xidmətinin yaydığı məlumatda Viktor Sviridovun məhkəmə zalına silahı necə keçirməsi ilə bağlı araşdırma aparıldığı bildirilib.

V. Sviridov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 136.3 maddəsi ilə (külli miqdarda mənimsəmə) ittiham olunub. Məhkəmə onun barəsində cəzasını ciddi rejimli həbsxanada çəkməklə 3 il müddətlinə azadlıqdan məhrumetmə hökmü çıxarıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR