6 "qanuni oğru" saxlanıldı - Gürcüstanda 4 iri şəhərdə əməliyyat keçirildi

img

12-02-2020 [15:03]


Gürcüstanın Daxili İşlər Nazirliyi oğru dünyası”nın 6 üzvünün saxlanıldığını açıqlayıb.

Həmin şəxslər Tbilisi, Kutaisi, Batumi və Kobuletidə həyata keçirilən xüsusi əməliyyatlar zamanı yaşadıqları evlərdə yaxalanıblar.

Axtarış zamanı saxlanılan şəxslərdən xaricdə yaşayan gürcü “qanuni oğru”larla və bir-biriləri ilə əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonlar müsadirə olunub. Onların maliyyə mübahisələrinin həlli üçün “qanuni oğrular”a müraciət etdikləri müəyyən olunub.

“Oğru dünyası”nın üzvlərini 3 ildən 10 ilədək həbs cəzası gözləyir/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR