Baş redaktor MSK-nın  qarşısında döyülüb - FOTO

img

12-02-2020 [14:07]


Azərbaycan polisi Basta.info saytının baş redaktoru, Müsavat Partiyasının üzvü Mustafa Hacıbəylini döyüb.

Reyting.az 
xəbər verir ki, bu barədə Mustafa Hacıbəyli özünün Facebook səhifəsində yazıb.

M. Hacıbəyli qeyd edib ki, hadisə Mərkəzi Seçki Komissiyaının (MSK) binası qarşısında baş verib: "MSK-nın qarşısında böyük polis maşınının içində 3 nəfər vəhşicəsinə üzümə yumruq-təpik vurdu. Ağzım-burnum qan içində təxminən yarım saat məni burada saxladılar. Sonra MSK-nın binasına apardılar ki, üzünün qanını yu. Ordan bolis bölməsinə, bölmədən polis idarəsinə, oradan narkodispanserə apardılar”.

Narkodispanserdən sonra baş redaktoru yenə polis idarəsinə qaytarıblar: “Xeyli psixoloji təzyiqdən sonra sərbəst buraxdılar. Sabah polisə çağıracaqlarını bildirdilər”.

M. Hacıbəyli bildirib ki, polislərin zərbələrindən üzü və başı şişib, eynəyi sındırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR