Abşeron sakininin evindən silah-sursat götürüldü

img

12-02-2020 [13:10]


Abşeron rayon sakininin evində silah-sursat aşkarlanıb. 

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Salmanovun evindən “F-1” markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR