Tüllər kəndində 15 yaşlı qızı qaçıran iki nəfər tutuldu - 10 ilədək cəza alacaqlar

img

11-02-2020 [13:12]


Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Tüllər kəndində 15 yaşlı qızı qaçıran iki şəxs saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, fevralın 5-də 16 yaşlı oğlan və onun 18 yaşlı əmisi oğlu 2004-cü il təvəllüdlü qızı qanunsuz olaraq azadlıqdan məhrum ediblər. 16 yaşlı oğlan həmin qızı evlənmək məqsədi ilə qaçırıb, əmisi oğlu isə ona kömək edib. 

Operativ axtarış və istintaq tədbirləri nəticəsində qızın yeri qısa vaxt ərzində müəyyən olunub və elə həmin gün o, sağ-salamat evinə qaytarılıb.

Yeniyetmə qızı qaçıranlar fevralın 8-də Dedoplitskaro rayonunda saxlanılıblar. Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin yeniyetmə şəxsin qanunsuz azadlıqdan məhrum edilməsi maddəsi üzrə cinayət işi açılıb. Bu cinayətə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR