İTV-dən KİVDF rəhbərinə maraqlı həmlə: Vüqar Səfərli axtarışa verildi - VİDEO

img

08-02-2020 [11:48]


“İctimai” televiziyada böyük maraqla izlənilən “3D” sosial-ictimai proqramında maraqlı anlar yaşanıb. 

Proqram başlamazdan öncə Lənkərandan olan nənələrin çıxışı və verilişin siması Dadaş Dadaşlinskinin katibəsi Lyubanın rəqsi zamanı kadra düşən foto diqqət çəkib. 

Belə ki, divardan asılmış fotoda Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərli təsvir edilib və fotonun altında “Axtarılır” yazılıb. 

İzləyicilər arasında geniş müzakirələrə səbəb olan fotonun orada yerləşdirilməsinin səbəbi isə maraqlıdır.  

Məsələ burasındadır ki, Dadaş Dadaşlinski KİVDF-nin İcraçı direktorunu verilişə dəvət etsə də, o, müxtəlif bəhanələrlə dəvətdən boyun qaçırıb.  

Son olaraq telefon zənglərinə cavab verməyən V.Səfərli haqqında Dadaşlinski özünəməxsus şəkildə axtarış elanı verib.  

/Oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR