"Burada məqsəd şantajdır" - Fərəc Quliyevdən MSK-ya etiraz

img

07-02-2020 [14:09]


31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev MSK-nın ona xəbərdarlıq etməsi qərarına etiraz edib.

Mia.az xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində videomüraciət paylaşılıb.

Bildirib ki, MSK əslində, onun deyil, M.Hüseynovun barəsində qərar çıxarmalı idi: “Çünki rəqibi nüfuzdan salan, hətta ailəsinə toxunan ifadələr işlədilərsə, bunu MSK-ya bildirmək lazım deyil. Ona görə ki, bu, onların gözü qarşısında baş verib. Dünyanın hər yerində bütün namizədlər öz rəqiblərini dəstəkçisinə çevirmək praktikasından istifadə edirlər. Hətta seçkidən sonra bir partiyadan digərinə transferlər də olur. Mən namizədlərlə danışıqlar mərhələsində Mehman Hüseynovu yanıma çağırıb onunla söhbət etmişdim. Ona vəkilim olmasını da təklif etmişdim. Onunla danışıqlarımı boyayıb düzəldib, 45 dəqiqəlik söhbətin içərisindən 5 dəqiqəlik səs yazısını yaymaq və bununla bağlı şikayət etməyin nə qədər doğru olduğunu bilmirəm. Burada məqsəd şantajdır. Ancaq bununla bağlı MSK-nın mənə xəbərdarlıq etməyini başa düşə bilmirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR