Bakıda qardaş bacısının boğazını kəsərək öldürdü

img

07-02-2020 [09:48]


Bakıda qardaş bacısını qətlə yetirib.

Hadisə fevralın 6-da, paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb.

Belə ki, Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgüclə kəsərək qətlə yetirib.

Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə könüllü gələrək törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR