Yol polisi avtoxuliqanlıq edən yeniyetmələrlə bağlı müraciət yaydı
06-02-2020 [18:34]
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son vaxtlar yeniyetmələr və gənclər arasında avtoxuliqanlıq edənlərin sayının artması ilə əlaqədar sürücülərə, valideynlərə müraciət ünvanlayıb.
Mia.az-a daxil olan müraciətə görə, son dövrdə respublika ərazisində avtoxuliqanlıq edən yeniyetmə və gənclərə tez-tez rast gəlinir.
Diqqətə çatdırılıb ki, həmin gənclər valideynlərinə məxsus və ya icarəyə götürülən avtomobillərlə yollarda ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradır, qanunazidd hərəkətlərini videoya çəkib sosial şəbəkələrdə yayırlar:
Yol polisi həmin gənclərin və yeniyetmələrin valideynlərini övladlarına qarşı diqqətli olmağa, onların sosial şəbəkə hesablarını mümkün qədər nəzarətdə saxlamağa çağırır.
Bundan əlavə, DYP bildirib ki, valideynlər şəxsi avtomobillərini sürücülük hüququ olmayan övladlarına etibar etməklə təkcə yol hərəkəti qaydalarını pozmur, övladları ilə yanaşı, digər şəxslərin də həyatı üçün real təhlükə yaradırlar: “Son günlər yeniyetmələrin törətdikləri qəzalarla bağlı televiziya ekranlarında yayımlanan görüntüləri yəqin ki hamı izləyib. Gənclərimiz və onların valideynləri də bilməlidirlər ki, yol polisi nəinki yollara, eləcə də sosial şəbəkələrə nəzarət edir. Sosial şəbəkələrdə aşkar olunan bu cür faktlar dərhal DİN rəhbərliyi tərəfindən nəzarətə götürülür və avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülərin şəxsiyyəti müəyyənləşdirilərək qanunvericilik çərçivəsində barələrində müvafiq tədbirlər görülür. Son iki həftədə respublika üzrə 12 avtoxuliqan məhkəmə qərarı ilə inzibatı həbs cəzasına məhkum olunub. Onların arasında sürücülük hüququ olmayan yeniyetmələr də var. Həmin şəxslərin valideynlərinə xəbərdarlıq olunub.
Yol polisi digər valideynlərə də bu məsələdə diqqətli olmağı tövsiyə edir. Bu cür hərəkətlər cəmiyyətdə xoş qarşılanmır, ətrafdakıların həyatı təhlükəyə məruz qalır və yol-nəqliyyat hadisələri nəticəsində övladlarınız ağır xəsarət ala və ya dünyasını dəyişə bilər. Ona görə valideynlər ağır fəsadlar baş vermədən vaxtında övladlarının bu cür hərəkətlərinin qarşısını almalıdırlar. Əks halda yol polisi onlara qarşı daha ciddi tədbirlər görəcək”.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)