BP Əlcəzairdə olan müəssisədəki payını satışa çıxardı

img

06-02-2020 [14:03]


BP şirkəti Əlcəzairin İn Əmənas şəhərindəki qaz emalı müəssisəsindəki payına müştəri axtarır.

“Reuters” xəbər verir ki, müəssisədə 45,89 faizlik payı olan BP həmin payı 2 milyard ABŞ dollarına satmağı nəzərdə tutur. Bütövlükdə BP 2021-ci ilin ortalarınadək 15 milyard ABŞ dolları həcmindəki aktivlərini satmaq niyyətindədir.

Ölkənin şərqində, Liviya sərhədi yaxınlığında yerləşən müəssisə 2013-cü ilin yanvar ayında “Əl Qaidə” terror təşkilatının hücumuna məruz qalmışdı.

Bundan əvvəl BP-nin 19,75 faizi ona məxsus Rusiyanın “Rosneft” dövlət neft şirkəti ilə razılaşmaq cəhdi baş tutmayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR