"Adama deyən gərək, deputatlıq sənin nəyinə lazımdır?!" - Qubad İbadoğlundan sabiq nazirin oğluna mesaj

img

06-02-2020 [11:32]


“Hərənin bir problemi var, bəzi adamların ağlı var, pulu yoxdur, digərlərinin isə ağlı yoxdur, pulu çoxdur”.

Mia.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu ekspert Qubad İbadoğlu sosial şəbəkədə mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu haqda yazıb.

Q. İbadoğlu deyir ki, 46-cı Şirvan seçki dairəsindən deputatlığa keçmiş namizəd olan Rəşad Camalov ikincilərdəndir: “Mətbuatda Camalovların varidatı ilə bağlı dərc olunan yazılardan göründü ki, onun yaxşı pulu var, amma ağlı yoxdur. 

Ağlı olsaydı, deputat olmaq fikrinə düşməzdi, 10-15 istedadlı Azərbaycan gəncini xaricə oxumağa göndərər, 20-30 şəhid ailəsinə yardım edərdi. Adama deyən gərək, deputatlıq sənin nəyinə lazımdır?

Heç şübhəsiz ki, bundan sonra işini də itirəcək, hələ üstəlik varını və dövlətini də, qələmi də sınacaq, kitabı da bağlanacaq. Burda deyirlər ki, ata malı uşağı yanşaq eylər...”.

Xatırladaq ki, Y. Camalovun oğlu Rəşad Camalovun deputatlığa namizədliyi ötən gün MSK tərəfindən ləğv olunub. Buna səbəb onun ikili vətəndaşlığının olması göstərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub