Hər iki övladı ağır xəstə olan ana Prezidentə və Mehriban Əliyevaya təkrar müraciət etdi: "Yalvarıram Sizə..."
20-02-2020 [09:23]
Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 78-də yaşayan Musayeva Sultan Şura qızı Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təkrar müraciət edib.
Mia.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:
***
Çox hörmətli möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyeva!
Birinci müraciətimdə 1988-ci ildə erməni zülmü ilə yurd-yuvasından didərgin düşmüş sadə bir ailənin üzvü, bir ana olaraq diqqətinizə çatdırmışdıq ki, övladlarımdan biri – 2007-ci il təvəllüdül Kənan Musa oğlu Musayev ta 6 ayləğından bu gündək, yəni ötən 13 ildə Azərbaycan da daxil olmaqla, Rusiya və İranda düz 17 dəfə gözlərindən əməliyyat olunub. Həkimlər onun hər iki gözünə anadangəlmə qlükoma (göz) diaqnozu qoyublar, onun da burada müalicəsinin olmadığını deyirlər. Hazırda müalicəsi davam edir, hər üç aydan bir məcbiri əməliyyata salınır. Belə bir vəziyyətdə, o, əlillər üçün nəzərdə tutulan məktəbdə oxuyur.
Yəni bütün diqqətimizin balaca övladımızın üzərində olduğu anda, böyük oğlum – 5 mart 2004-cü il təvəllüdlü 10-cu sinif şagirdi Sənan Musa oğlu Musayevin də bu ilin yanvarın 10-da qəfildən ürəyində çox ciddi problem yarandı. Təcili xəstəxanaya apardıq. İlkin müqayinədən sonra oğlum dərhal Respublika Uşaq Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirildi.
Həkimlərin analizinə görə, Sənan Musayevin ürəyinin 80 faizi işləmə qabiliyyətini itirib, sol boşluqlarda ciddi böyümə gedib, mədəciyi ciddi dilatasiya olunub. Rəsmi son dəqiq diaqnoza görə, oğlum belə ürəklə yaşaya bilməz, ona mütləq ürək köçürülməlidir.
Biz hər ehtimalları nəzərə alaraq, digər tanınmış ürək həkimlərinə, o cümlədən milliət vəkili, məşhur ürək həkimi Rəşad Mahmudova da müraciət etdfik. O, bizimlə görüşdə dedi ki, bəli, Sənana mütləq ürək köçürülməlidir, o da burada - Azərbaycanda DONOR olmadığına görə mümkün deyil.
Beləliklə, biz yanvarın 19-da Sənan Musayevin vəziyyətinin daha ağırlaşmasından sonra həkimlərin məsləhəti ilə onu Respublika Uşaq Kliniki Xəstəxanasından Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə köçürdük. Burada da həkimlər birmənalı şəkildə oğluma xaricdə ürək köçürülməsi üçün rəsmi rəy veriblər. Hal-hazırda oğlum xaricə aparılana qədər ciddi rejimdə bu xəstəxanada müalicə olunur.
Çox hörmətli Prezidentimiz və Mehriban xanım Əliyeva, sizə ilk müraciətimizdən sonra bizə TƏBİB-dən zəng gəldi. Oğlumuzun müayinə olunması üçün Topçubaşov adına xəstəxanaya gəlməyimiz istənildi. Orada da uşaq ürək cərrahiyyə şöbəsinin müdiri müvafiq analizlər və ekokardioqrama əsasında oğlumuzun təkcə ürək klapanın dəyişilməsi üçün burada əməliyyatın həddən artıq riskli olması haqda rəsmi rəy verdilər. Bildirilidi ki, tək elə bu əməliyyat xəstənin masada qalması ilə bitə bilər. Yəni, 16 yaşlı övladımızın yaşaması üçün ona mütləq xaricdə ürək köçürülməlidir.
Bu rəsmi rəyi hazırda oğlumun qaldığı Bakı Sağlamlıq Mərkəzinin həkimləri də ilk gündən deyiblər. Açıq deyirlər ki, 20 faizə qədəri işləyən uşağın ürəyindəki problemlərin bəzilərini aradan qaldırmaq üçün əməliyyata yatırılması belə, onun ölümünə bərabərdir.
Həkimlərin məsləhəti ilə biz ilkin olaraq bu müalicə və ürək köçürülməsi ilə bağlı Belarusdakı Kardiologiya Elmi Mərkəzinin həkimləri ilə danışdıq. Onlara müvafiq sənədlər göndərdik. Bizdən oğlumun mədə və dişindən də analiz istəyib, Azərbaycandakı həkimlərin diaqnozunu təsdiqlədilər,
Bildirdilər ki, övladımıza ürək köçürüb, onu həyata qaytara biləcəklər. Ancaq bunun üçün elə müalicə xərci (120 min dollar) deyildi ki, inanın, bu məbləği bütün daxili imkanlarımızı səfərbər eləsək də, çox təəssüf ki, tam qarşılaya bilmirik.
Çox hörmətli Prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyeva, belaruslu həkimlər övladma ürək köçürülməsi üçün 120 min dollara yaxın vəsait tələb olunduğunu deyiblər. Biz bu məbləğin təxminən yarısını -60 min dollarını düzəltmişik. Lakin təxminən 60 min dollarını bütün imkanlarımızı səfərbər eləsək də, düzəldə bilmirik.
Ona görə, Sizə təkrar müraciət edir, yalvarıram: son ümidimiz Sizədir.
İnan, hər iki övladımın xəstəliyi bizi maddi baxımdan çox ağır vəziyyətə salmasaydı, işinizin həddən artıq çox olduğu bir ərəfədə, böyük acılar içində olan bir ana olsam da, Sizi qətiyyən narahat etməzdik. Amma çox çıxılmaz vəziyyətdə qalmışıq. Bizə ürək köçürülməsi üçün tələb olunan 120 min dolların 60 mini üçün köməyə ehtiyac var. Bu, iki övladı da xəstə olan bir ananın övladı üçün son çırpınışlarıdır.
Ona görə, bir ana kimi Sizə üz tutub, xahiş edir, yalvarıram: hal-hazırda Bakı Sağlamlıq Mərkəzində ağır vəziyyətdə müalicə olunan 10-cu sinif şagirdi olan oğlum Sənan Musayevin Belarusa aparılması və orada ürək köçürülməsini şəxsi nəzarətinizə götürüb, onun yaşamasına, həyata dönməsinə kömək edin.
İnanırıq, əminik ki, Siz bizim bu müraciətimizi tezliklə nəzarətinizə götürüb, 16 yaşlı Sənan Musayevin müalicəsi ilə maraqlanıb, dərhal müvafiq tapşırıqlar verəcəksiniz.
Göydə Allah, yerdə Sizdən başqa heç bir dayağımız, güman yerimiz yoxdur. Ona görə, bir daha yalvarıram sizə, bizə yardım əlinizi uzadıb, oğlumun həyata qayıtmasına köməklik göstərəsiniz. Əminik ki, övladımızın sağalıb, ailəmizə, məktəbli dostlarlnın arasına dönməsi üçün əlinizdən gələni edəcək və bizi sevinc gözyaşlarına qərq edəcəksiniz.
Allah Sizə yar və yardımçı olsun!
Böyük hörmətlə; Musayeva Sultan Şura qızı
Əlaqə nömrələri: 055 731 30 51
06 fevral 2020-ci il"
Prezidentin Amnistiya təşəbbüsü: sabahdan məhkumların azad olunmasınastart veriləcək
Ağ rəngin poeziyada harmoniyası...
68 yaşlı qadının canına qıyan 31 yaşlı şəxs tutulub
Naxçıvanda ər və arvad dəm qazından boğulub
Məktəb idarəçiliyində süni intellekt: liderlik üçün yeni imkanlar - VAHİD TAĞIYEV YAZIR
Maştağafa obyekt yanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
"Neftçi"nin baş məşqçisi oxşar forma ilə meydana çıxmalarını belə cavablandırdı - VİDEO
Ağsuda 14 yaşlı qıza qeyri-etik hərəkət... - İki nəfər saxlanıldı
Məhkəmə-Hüquq Şurasının üzvləri Albaniyada görüşlər keçiriblər
"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
Dəmiryolu ərazisində vaqona toxunan məktəblini elektrik cərəyanı vurub - "Vəziyyəti ağırdır" (VİDEO)
Polkovnik Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?
Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları
Meyxanaçı Ağakərim Maştağada dəfn olunub (Yenilənib)
Azərbaycan nefti cüzi bahalaşdı
“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstintaqa çağırılan "Fənərbağça" prezidentindən ilk açıqlama: "Heç nədən qorxmuram"
İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı
ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrail ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib
Sumqayıt, Quba, Ağdam və İsmayıllıda yaşıllıqları qırıblar
QƏBUL İMTAHANI İLƏ BAĞLI MƏHKƏMƏ: Kamran Əsədovla Gündüz Abbasov hakim qarşısına çıxarıldılar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var