MSK Fərəc Quliyevlə bağlı şikayəti müzakirəyə çıxardı - Namizədə xəbərdarlıq edildi

img

05-02-2020 [17:33]


Bu dəqiqələrdə MSK-da keçirilən iclasda 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə baxılır.

Mia.az xəbər verir ki, şikayətçi namizəd Mehman Hüseynovun da iştirak etdiyi iclasda partiya sədri ilə bağlı şikayət araşdırılıb.

Sonda ona xəbərdarlıq olunub..

Xatırladaq ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb. Səs yazısında Mehman Hüseynova geri çəkilmək üçün pul təklif olunur.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR