"Açıb sandığı, tökəkmi pambığı?” - Məşhur YAP-çı kimi hədələdi?

img

05-02-2020 [15:49]


Keçmiş icra başçısı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Musayev sosial şəbəkə hesabında maraqlı paylaşım edib. 

Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, rus nağıllarının mənfi mifik obrazı olan cadugər qarının (“baba yaqa”) fotosunu “Küpəgirən qarı hər cildə girməyi bacarır! Eşq olsun, dövrün, zəmanənin nəbzini tutub” qeydilə paylaşan Musa Musayev daha sonra əlavə edib: 

Bu gün zəmanəmizin sağalmaz xəstəliklərinden biri də başqalarını şantaj etmək yolu ilə vəzifə və var dövlət əldə etməkdir! Bu xəstəliyə tutulan kişicikləri başa düşmək olar. Ən dəhşətlisi odur ki, “qadın” olasan ( beləsinə Nüvədidə küpəgirən deyirlər) bu yolun yolçusu olasan! Bəzən adam elə şeylər eşidir ki, başında tüklər biz-biz durur! Ya Rəbb, vəzifə və pula həvəs bu qədərmi şirindir? Sənə dünən ağızdolusu qardaş deyən adam bu gün nəyinsə xətrinə, kiminsə xoşuna gəlməkdən ötrü səni düşmən kimi qələmə verməyə çalışır! Biz hara gedirik, dostlar?! Açıb sandığı, tökəkmi pambığı?”.

Musa Musayevin kimi nəzərdə tutduğunu söyləmək çətindir. Yalnız onu demək olar ki, YAP-ın yaradılmasında xidmətləri olan Siyasi Şura üzvü özünü haqsızlığa məruz qalan şəxslərdən hesab edir. 

Musa Musayev bundan əvvəl 1993-cü ildə üzləşdiyi haqsızlıq barədə yazmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR