"Məşqçim 2 il məni zorlayıb" - Qadın idmançı kitab yazdı, hər şeyi açdı

img

04-02-2020 [17:55]


Fransanın buz üstə konkisürmə üzrə çempionu Sarah Abitbol qalmaqallı açıqlama verib.

Qadın idmançı özündən bəhs etdiyi kitabında keçmiş məşqçisi Giller Beyer  tərəfindən təcavüzə məruz qaldığını bildirib. Keçmiş idmançı hadisənin 1990-1992-ci illərdə - onun 15-17 yaşlarında olduğu zaman baş verdiyini yazıb: “15-17 yaşlarında olduğumda təcavüzə uğramışam. Məşqçim Giller Beyer mənə təcavüz edib”.

2003-cü ildə karyerasını bitirən S. Abitbol həmin dövrdə ona bu barədə danışmamasının vacib olduğunu dedikləri üçün susub. 

Fransanın İdman Nazirliyi məsələni araşdıraraq fevralın 20-də mətbuat konfransı keçirəcəyini bildirib.

Qeyd edək ki, 1978-ci ildə çempion olan Helene Godard da G.Beyerin ona təcavüz etdiyini söyləmişdi/Yenisabah.


Digər xəbərlər
SON XƏBƏRLƏR